Çinin paytaxtı Pekində baş verən maraqlı hadisə qısa zamanda dünya mətbuatının gündəminə çevrilib.
Medianews.az xəbər verir ki, bölgədəki insanların kameralarına əks olunan həmin anlarda göydən qurların düşdüyü öz əksini tapıb.
Hadisənin araşdırıldığını bildirən səlahiyyətlilər, insanlara çölə çıxarkən çətirdən istifadə etmələri mövzusunda xəbərdarlıq edib.
Ölkədə nəşr olunan elmi-populyar jurnal hadisələri güclü küləklə əlaqələndirib.
Bəzi istifadəçilər baş verənləri apokalipsis əlaməti kimi təsvir edərkən, digərləri isə onu əhatə edən şeylərin qurdlar deyil, bitkilər olduğunu irəli sürüblər.
Qeyd edək ki, oxşar hadisə 2011-ci ildə İngiltərənin Edinburq şəhərində baş vermişdi.
Medianews.az