İstanbulda dəhşətli hadisə yaşanıb.
Medianews.az xəbər verir ki, şəhərin mərkəzi yerlərindən birində sevgilisini armaturla döyən şəxs polislər tərəfindən yaxalanıb.
Şübhəlinin polis bölməsində bir çox cinayət qeydinin olduğu aydınlaşarkən, hücuma məruz qalan qadının qanlar içində yerdə qaldığı anların təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.
Hadisənin fevral ayının 3-də baş verdiyi bildirilir. Şiddətə məruz qalan qadın martın 7-də polisə müraciət edərək Taha. O.-dan şikayət edib. Qısa müddətdə polislər şübhəli şəxsi tutaraq nəzarətə götürüb.
Medianews.az