Bu gün Ukrayna sakinləri partlayış səsinə oyanıb.
Medianews.az xəbər verir ki, Kiyevin meri Vitali Kliçko şəhərdə partlayışların olduğunu bildirib.
Digər tərəfdən, Xarkov qubernatoru Oleq Sinegubov Rusiya qüvvələrinin Xarkov şəhəri və bölgəsinə hücumların davam etdiyini bildirib:
“Düşmən şəhər və rayona 15-ə yaxın hücum həyata keçirib. Kritik infrastruktur obyektləri hələ də işğalçıların hədəfi altındadır”.
Ukraynanın Odessa vilayətinin qubernatoru Maksim Marçenko Telegram hesabında verdiyi açıqlamada: “Geniş miqyaslı raket hücumu nəticəsində bölgənin enerji infrastrukturu və yaşayış binaları raketlərlə vurulub. Xoşbəxtlikdən itki olmayıb”.
Qeyd edək ki, Ukraynanın bir çox bölgəsində hava hücumu xəbərdarlığı saatlarla davam edib.
Medianews.az