İndoneziyanın Natuna adalarında güclü yağışlardan sonra torpaq sürüşməsi baş verib.
Medianews.az xəbər verir ki, Milli Fəlakətlərin Azaldılması Agentliyindən verilən açıqlamada sürüşmə fəlakətində 11 nəfərin həyatını itirdiyi, ən azı 50 nəfərin isə itkin düşdüyü bildirilib.
Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgədə can itkisinin arta biləcəyi istisna olunmur.
Medianews.az