İstanbulda polis əməkdaşları səhər saatlarında bir çox ünvanda helikopter dəstəkli əməliyyatı keçirib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, basqın zamanı narkotik alverinə görə çox sayda insan həbs edilib.
Həssas burunlu itlərin iştirak etdiyi əməliyyatlarda evlərdə hərtərəfli axtarış aparılıb. Əməliyyat zamanı çoxlu sayda narkotik vasitə ələ keçirilib.