Ketoya bənzər, az karbohidratlı, yüksək heyvani zülal və yağ ehtiva edən pəhrizlərin uzun müddətdə infarkt, ateroskleroz və insult kimi xəstəlikləri artıra biləcəyi barədə xəbərdarlıq edilib.
Aşağı Karbohidratlı, yüksək yağlı “Keto-bənzər” pəhriz proqramı “pis” xolesterol səviyyəsini yüksəldə bilər ki, bu da insuklt və infarkta səbəb olur. Aşağı karbohidratlı yüksək yağlı (LCHF) pəhrizə riayət edən insanlarda ürək-damar xəstəlikləri, infarkt, insult, oklüziya kimi bir sıra mühüm ürək-damar xəstəliklərinin inkişaf riski ikiqat olur. Qol və ayaqlarda ürək damarlarının stent qoyularaq açılması lazım olan arteriyalardan daha çox olduğu təsbit edilib.
Tədqiqatçılar qeyd edirlər ki, onların araşdırması “yalnız sözügedən pəhriz ilə ürək xəstəliyinin səbəbi deyil, əsas ürək xəstəlikləri riski arasında əlaqəni göstərə bilər”, çünki bu, müşahidə tədqiqatı idi, lakin onların tapıntıları daha çox araşdırmaya ehtiyac olduğunu göstərir.
Araşdırmanın aparıcı müəllifi tədqiqatımızın nəticəsi olaraq, LCHF pəhrizinin yüksək aşağı sıxlıqlı lipoprotein (LDL) və ya xolesterin dəyərlərinə səbəb olduğunu aşkar etdiyini bildirib.
Tədqiqatda iştirak etməyən, lakin Keto pəhrizi ilə bağlı araşdırma aparan Stanford Profilaktika Araşdırma Mərkəzinin professoru. Christopher Gardner isə bu araşdırmanın Keto pəhrizinin xeyirdən çox zərər gətirdiyini göstərdiyini ifadə edərək, LCHF pəhrizinin yan təsirlərinin göz ardı edilməməsi lazım olduğunu söylədi.
Gardner, Keto pəhrizi ilə bir çox vacib qida, fitokimyəvi və antioksidantların, eləcə də lifli qida istehlakının tərk edildiyini, buna görə də mütəxəssislər pəhrizin uzun müddətdə zərərli olduğunu düşündüklərini ifadə etdi.
Medianews.az