71 qətldə təqsirli bilinən və 42 il həbsdə yatdıqdan sonra 2017-ci ildə azadlığa çıxan “Kiçik Qatil Pedro” ləqəbli məşhur qatil Pedro Rodriqes Filyo güllələnib.
Medianews.az “Metropoles” qəzetinə istinadla bildirir ki, ölkənin ən məşhur qatillərindən biri hesab edilən 68 yaşlı Filho dünən öldürülüb.
İki silahlı şəxs San-Paulu əyalətinin Mogi das Kruzes şəhərindəki evinin qarşısında portuqalca “Pedrinho Matador” və ya “Kiçik Qatil Pedro” kimi tanınan Filyoya dəfələrlə atəş açıb.
İlk dəfə 1973-cü ildə həbs edilən və 2007-ci ildə həbsdən çıxan Filho, daha sonra daha iki müddətə azadlıqdan məhrum edilib.
Filho öz atası da daxil olmaqla sağlığında 100-dən çox insanı öldürdüyünü iddia etsə də, “Mən canavar deyiləm” adlı tərcümeyi-halı dərc etdirib.
İstintaqı davam etdirən səlahiyyətlilər Filhonun qətlinin qisas məqsədi ilə törədilən cinayət ola biləcəyindən şübhələnirlər.
Medianews.az