“Vaşinqton bu müharibənin bitməsini istəmir”.
Medianews.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitriy Peskov bildirib.
O bildirib ki, Ukrayna probleminin həllində sülh yoluna keçid üçün lazımi şərtlər formalaşıb:
“ Lakin Vaşinqton bu müharibənin bitməsini istəmir”.
Çinin Ukrayna probleminin həlli ilə bağlı Rusiyaya təqdim etdiyi planı dəyərləndirən Peskov çinli həmkarlarının fikirlərinə önəm verdiklərini bildirib.
Peskov bildirib ki, Rusiya öz məqsədlərinə çatmağa çalışır və ona görə də xüsusi hərbi əməliyyat davam edir. Ukraynadakı müharibənin arxasında ABŞ-ın olduğuna diqqət çəkən Peskov: “Vaşinqton bu müharibəni davam etdirmək üçün əlindən gələni edəcək” ifadəsini işlədib.
Medianews.az