Çərşənbə, 29 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

30 yaşınadək hərbi vəzifəlilərin NƏZƏRİNƏ – Martın 18-dək…

Nəzrin
07/03/2023 21:40
518
BAXIŞ
FacebookTwitterTelegram

Müdafiə Nazirliyinin sürücü ixtisası üzrə mütəxəssislərin hazırlanması üçün “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbulu prosesi davam edir.

Müdafiə Nazirliyindən “Medianews.az”a verilən məlumata görə, kursa daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 2023-cü il mart ayının 18-dək Pirəkəşkül qəsəbəsi, Gəncə və Bərdə şəhərlərindəki hərbi hissələrdə fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Sürücü ixtisası üzrə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar hərbi hissələrdə müvafiq vəzifələrə təyin olunur.

Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:

 

– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
– təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
– doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
– şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda, 1 nüsxədə);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda, 1 nüsxədə);
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə);
– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);
– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
– hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə).
Sənədlərin qəbulu həyata keçiriləcək ünvanlar: Pirəkəşkül qəsəbəsi, Gəncə və Bərdə şəhərlərindəki hərbi hissələr.

Müraciət etmə vaxtı: 2023-cü il martın 18-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış və ya məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

DAHA ÇOX OXU

1-MANŞET

“Hansı deputat silahla təmin olunmaq istəyirsə …” – Millət vəkillərinin mühafizəsi ilə bağlı AÇIQLAMA

29/03/2023 13:14
1-MANŞET

Bürclər üçün bu həftənin ÖZƏLLİKLƏRİ – İkitərəfli münasibətlərdə…

29/03/2023 12:30
1-MANŞET

İsrailli nazir Ceyhun Bayramovla görüşdə: “İrana qarşı birgə hərəkət etməliyik”

29/03/2023 12:20
1-MANŞET

Qardaşı Fazil Mustafaya edilən silahlı hücum barədə: “Bu, sifarişli hadisədir”

29/03/2023 12:17
1-MANŞET

Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR

29/03/2023 11:43
Cəmiyyət

“Ətin sümüyünü bişirirlər, özünü aparırlar” – Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO

29/03/2023 11:41
SON XƏBƏR

Hindistanda sürüşmə can aldı - VİDEO

NATO: Macarıstanın İsveç və Finlandiya üçün təsdiqinə yaxınlaşırıq

Rəşad Dağlı ilə bağlı YENİ XƏBƏR- Qətli kimin törətməsi...

Xəbər lenti

“Nə xınayaxdı, nə ər, nə kişi…”- Rövşanədən Nigara SƏRT CAVAB

29/03/2023 14:09

Bahar Lətifqızı da bədən şəkilləndirmə etdirdi

29/03/2023 13:47

Məşhur rəssamlar tablolarında görün hansı qidadan istifadə ediblər

29/03/2023 13:32

“Hansı deputat silahla təmin olunmaq istəyirsə …” – Millət vəkillərinin mühafizəsi ilə bağlı AÇIQLAMA

29/03/2023 13:14

Bakıda əfqan qız özünü “zapravka”da yandırmaq istədi

29/03/2023 12:45

Bürclər üçün bu həftənin ÖZƏLLİKLƏRİ – İkitərəfli münasibətlərdə…

29/03/2023 12:30

İsrailli nazir Ceyhun Bayramovla görüşdə: “İrana qarşı birgə hərəkət etməliyik”

29/03/2023 12:20

Qardaşı Fazil Mustafaya edilən silahlı hücum barədə: “Bu, sifarişli hadisədir”

29/03/2023 12:17

Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR

29/03/2023 11:43

“Ətin sümüyünü bişirirlər, özünü aparırlar” – Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO

29/03/2023 11:41

Qardaş qardaşa GÖRÜN NƏ ETDİ – FACİƏVİ SONLUQ

29/03/2023 11:28

Fazil Mustafa ilk ona zəng edib: “Evə daxil ola bilərlər, tez gəl…”

29/03/2023 10:50

Terrorçunun ilk ifadəsi ortaya çıxdı: “Türkiyəyə gəldim, məni burada qarşıladılar”

29/03/2023 10:49

Arzu Nağıyev: “Silah gəzdirmək deputatın özündən asılıdır”

29/03/2023 10:19

“Deputatı vurmaqla ölkədə sabitliyi pozmaq istəyirlər” – Aqil Abbas

29/03/2023 10:02

Dəhşətli proqnoz:”Fövqəl güc yıxılacaq”

29/03/2023 10:01

Ukraynalı müğənnidən ŞOK AÇIQLAMA:”Cəsədləri donuzlar yeyir”

29/03/2023 09:27

DƏHŞƏT! Epidemiya onlarla insanın ölümünə səbəb oldu

29/03/2023 09:08

Dünya şöhrətli şəxsin sevgilisi Azərbaycan xəritəsini qoluna döydürdü – FOTOFAKT

29/03/2023 08:49

Tanınmış müğənninin son halı heyranlarını ŞOKA SALDI

29/03/2023 08:45

Fazil Mustafadan ilk açıqlama – “Maşından tullandım …”

29/03/2023 08:41

Fazil Mustafanın maşını bu hala düşüb – FOTO

29/03/2023 08:31

Fazil Mustafa belə vurulub – Xalası oğlu açıqladı – VİDEO

29/03/2023 08:17

Azərbaycanda 24 yaşlı gənc dayısı oğlunu bıçaqlayıb

29/03/2023 08:08

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.