Türkiyənin İzmir şəhərinin Foça rayonunda Jandarma mütəxəssisi Serkan Özten dava etdiyi qonşuları Canali Y. və Salih Y. tərəfindən tüfənglə ayağından vurulub.
Medianews.az xəbər verir ki, həmin şəxslər daha sonra Serkan Özteni başından da dəyənəklə vurublar.
Hadisə dünən saat 09.30 radələrində baş verib.
Yaralı Serkan Özteni təcili yardımla Foça Dövlət Xəstəxanasına aparan həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. Jandarma tərəfindən nəzarətə alınan iki qardaş məhkəmə tərəfindən həbs olunub.
İşin istintaqı davam etdirilir.
Medianews.az