Aktrisa Ülviyyə Əliyeva mərhum Əməkdar artist Tünzalə Əliyevanın məzarının görüntüsünü yayımlayıb.
Medianews.az xəbər verir ki, məzarın üstündə aktrisanın şəklinin olmaması müzakirələrə səbəb olub.
Ülviyyə bununla bağlı suallara “Tünzalə hacı xanım idi. Dinimizdə qadın məzarına şəkil vurmaq olmaz” cavabını verib.
Qeyd edək ki, “Toppuş bacı” ləqəbli aktrisa uzun sürən xərçəng xəstəliyindən vəfat edib.
Axşam.az