ABŞ-da “TikTok BORG trendi” səbəbindən zəhərlənən bir çox tələbə xəstəxanaya yerləşdirilib.
Medianews.az xəbər verir ki, universitet rəsmiləri, tələbələrinin qatıldığı əyləncə gecəsində “TikTok BORG trendi”nin səbəb olduğu həddindən artıq spirt istehlakı səbəbindən hadisə yerinə 28 təcili yardım maşınının göndərildiyini bildirib.
Zəhərlənən tələbələrin həyati təhlükəsinin olmadığını qeyd edən səlahiyyətlilər, hadisənin ciddiliyi ilə əlaqədar rayondakı bir çox dövlət qurumlarının səfərbər edildiyini qeyd edib.
Yerli polis hadisə ilə bağlı iki nəfərin saxlanıldığını bildirib.
Səlahiyyətlilər tərəfindən edilən şərhdə, həftə sonu fəaliyyətlərinin nəzərdən keçiriləcəyi və spirtli içkilərlə bağlı maarifləndirmənin artırılacağı paylaşıldı.
Açıqlamada universitetdə təhsil alan tələbələrə həddindən artıq içkinin yaratdığı psixoloji və sağlamlıq riskləri barədə maarifləndirildiyi xatırladılıb.
Son zamanlar ABŞ universitetlərində gündəmə gələn “TikTok BORG trendi”, Çin sosial media platformasında “azaldılmış” içmə üsulu vəd edən yeni bir tərzdir.
“Qaranlıq qəzəb gallon” mənasını verən BORG su, araq, kofeinli qatılaşdırılmış və elektrolitlərlə hazırlanmış spirtli içkiyə aiddir.
Medianews.az