İsrailin cənubunda təcili eniş etmək istəyən kiçik təyyarənin magistral yola düşməsi nəticəsində iki nəfər həlak olub.
Medianews.az bildirir ki, təcili eniş etmək istəyən kiçik təyyarə İsrailin cənubundakı Nəcəf səhrasındakı Beersheba şəhəri yaxınlığında magistral yolda qəzaya uğrayıb. Təyyarədən alov və qatı tüstü qalxdığı üçün səhiyyə və yanğınsöndürmə briqadaları bölgəyə göndərilib. Qəza nəticəsində təyyarədə olan iki nəfərin öldüyü açıqlanıb.