Tonqa Krallığının sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri 4300 nəfərin yaşadığı Neyafu şəhərindən 240 km şimal-şərqdə yerləşib
Yeraltı təkanlar yerin 46 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Sunami təhlükəsi yoxdur.