Bu gün Rusiyanın muzdlu “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin şiddətli döyüşlərin getdiyi Baxmutu “de-fakto mühasirəyə aldığını” açıqlayıb və Ukrayna dövlət başçısı Zelenkini şəhəri boşaltmağa çağırıb.
Medianews.az xəbər verir ki, fevralın 24-də başlayan Ukrayna müharibəsi ilk ilini arxada qoyub.
Son zamanlar gözlər sənaye şəhəri Baxmuta çevrilib, rus qoşunları oranı ələ keçirmək üçün hücumlarını gücləndiriblər.
Ukraynanın Donetsk vilayətində yerləşən Baxmut Moskva üçün kritik əhəmiyyətə malikdir. Rusiya şəhəri ələ keçirsə, regionun digər şəhər mərkəzlərinə də yol açacaq. Üstəlik, 6 aydan sonra qazanılan qələbə ağır itki verən rus qoşunları üçün böyük ruh mənbəyi olacaq.
Rusiya kimi Ukrayna üçün çox önəmli olan Baxmut son vaxtlar müqavimətin yeni simvoluna çevrilib, lakin Zelenski şəhərdə vəziyyətin getdikcə pisləşdiyini etiraf edib. Zelenskinin iqtisadi müşaviri Aleksandr Rodnyanski geri çəkilmək üçün siqnal verib və deyib : “Biz xalqımızın boş yerə ölməsinə imkan verməyəcəyik ” .
Bu gün Rusiyanın muzdlu qruplaşması “Vaqner ” aylardır şiddətli döyüşlərin getdiyi Baxmutu “de-fakto mühasirəyə aldığını” elan edib.
Vaqnerin prezidenti Yevgeni Priqojin cümə günü Telegram-da yayımladığı videoda Baxmut ətrafında “mühasirə silahlarının bir-birinə yaxınlaşdığını” bildirib.
Priqojin Zelenskiyə göndərdiyi mesajda şəhəri “demək olar ki, tamamilə mühasirəyə aldıqlarını” və yalnız bir yol qaldığını bildirib.
Priqojin Zelenskini şəhəri tərk etməyə çağırıb.
Digər tərəfdən, müharibənin əvvəlində Rusiyanın nəzarətində olan, lakin sentyabrda Ukraynanın geri aldığı Kupyansk şəhərinin qismən boşaldılması üçün çağırışlar edilib.
Medianews.az