Rusiyada binanın damındakı qar yolda gedən 2 qadının üzərinə düşüb.
Medianews.az xəbər verir ki, yaralı qadınların xəstəxanaya aparıldığı bildirilib.
Rusiyanın Kemerovo vilayətinin Tayqa şəhərində baş verən hadisədə yolda gedən iki qadının üzərinə binanın damından nəhəng qar kütləsi düşüb. İki qadın ətrafdakıların köməkliyi ilə oradan çıxarılıb. Hadisə nəticəsində yüngül xəsarətlər aldığı bildirilən qadınlar təcili yardımla xəstəxanaya aparılıb.
Kemerovo Rayon Prokurorluğu fevralın 24-də baş verən hadisə ilə bağlı araşdırmalara başlanıldığını, damın təmizlənməsinə laqeyd yanaşanların müəyyən ediləcəyini açıqlayıb.
Medianews.az