İstanbulda 6 gün əvvəl kürəkənini ürəyindən bıçaqlayaraq öldürən qayınata hakim qarşısına çıxıb.
Medianews.az xəbər verir ki, həbsdə olan Turhan Ketenci məkmədə törətdiyi hadisəni müdafiə edib.
“Atasıyla danışmağa getdim, amma Volkan orada məni söydü və üzümə tüpürdü. Hadisə də belə başladı” deyərək Turhan Ketenci özünü müdafiə edib.
Turhan Ketenci daha sonra sözlərinə belə davam edib: “Hadisədən 3 gün əvvəl qızım doğum üçün xəstəxanada idi. Qızıma hədiyyə göndərdim, kürəkənimə də 2 min TL pul verdim. Qabyuyan maşın istədilər, getdim onu da aldım. Aldığım maşının markasını bəyənmədilər. Kürəkənim sonradan qızımın telefonunu sındırdı.
Sonra qızım bir nömrədən mənə mesaj yazdı ki, bu mənim nömrəmdir. Dedim ki, nə olub, qızım, sənin bir probleminmi var? Qızım mənə probleminin olmadığını dedi, amma sonra Volkan mənə mesaj atdı ki, “kişisənsə, dediyini et”. Mən də atası ilə danışmağa getdim, amma Volkan orada məni söyüb üzümə tüpürdü. Bütün hadisə də belə başladı. Mən həmişə üzərimdə bıçaq daşıyıram. İnsanlar silahla dolaşır, mən də bıçaqla gəzirəm. Nə olasıdı ki?”.
Medianews.az