“Onun da müddəti çox qısa oldu, çünki 48 il çəkdi. Mən buna həyatdan doymamış gedilən nakam ölüm deyərəm. Yerinə yetməmiş arzumuz var idi. Artıq həyatda yoxdur. Üstüörtülü deyəcəyəm, çünki yerinə yetməmiş arzudan danışmağa dəyməz və onu həyata keçirməyə gücüm yoxdur. İki arzumuz vardı, biri Şuşada Yuxarı Gövhərağa məscidində namaz qılmaq idi. O yerinə yetdi, digəri isə yox, çox təəssüf”.
Medianews.az xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş “Təsir dairəsi” verilişində dünən vəfat edən Hacı Şahin Həsənli ilə bağlı danışarkən deyib. O, ilahiyyatçı haqda xatirələrini bölüşərkən göz yaşlarını saxlaya bilməyib: