8,2 bal gücündə baş verən zəlzələ yerin altında mövcud olan nəhəng dağları üzə çıxarıb. Deyəsən orada yuxarıdan daha güclü və daha böyük bir topoqrafiya var.
Zəlzələlər və yer qabığı haqqında çox şey hələ də böyük bir sirr olaraq qalır. Zaman-zaman baş verən böyük zəlzələlər maraqlı faktları üzə çıxaranda yer qabığının sərhədləri bizi bir daha təəccübləndirir. Buna misal olaraq; 1994-cü ildə Boliviyada baş verən və ən böyük zəlzələlərdən biri olan 8,2 bal gücündə zəlzələ qeyri-adi bir həqiqəti kəşf etməyə şərait yaradıb.
Belə ki, Princeton Universitetinin geofizikləri Jessica Irving və Wenbo Wu Çindəki Geodeziya və Geofizika İnstitutundan Sidao Ni ilə əməkdaşlıq zamanı yuxarı və aşağı mantiyanı bir-birindən ayıran 660 kilometr uzunluğunda dağları kəşf etmişdir. Bu təbəqənin adı yoxdur, geoloqlar onu “660 kilometr sərhəd” adlandırırlar.
Tədqiqatçılar bu sərhədin nə qədər möhkəm olduğuna təəccüblənirdilər, çünki o, yaşadığımız yer qabığından daha möhkəm idi. “Başqa sözlə, 660 millik sərhəddə Qayalı Dağlar və ya Appalachiansdan daha güclü bir topoqrafiya var” – deyə onlar bildirmişdilər.
Statistik modelləşdirmə dağların dəqiq hündürlüyünü müəyyən etməyə imkan verməsə də, bu dağların Yer səthindəki hər şeydən daha böyük olması ehtimal edilir.
Aytac Şahin
Medianews.az