Çində TikTokun 18 yaşdan kiçik istifadəçilərinin giriş vaxtını 60 dəqiqə ilə məhdudlaşdıracaq.
Medianews.az xəbər verir ki, bu barədə Tik-Tok sosial media platformasından rəsmi açıqlama verilib.
Bildirilib ki, TikTok-dan verilən açıqlamada, 60 dəqiqəlik giriş məhdudiyyəti qərarı Boston Uşaq Xəstəxanasında akademik araşdırma və Digital Wellness Lab mütəxəssisləri ilə məsləhətləşərək qəbul edilib.
Çində yerləşən TikTok-un Təhlükəsizlik rəhbəri Cormac Keenan bildirib ki, 60 dəqiqəlik limitə çatdıqda, 18 yaşından kiçiklərdən parol daxil etmələri istənəcək.
“Tədqiqatlar həmçinin göstərir ki, bu, vaxtımızı necə istifadə etdiyimizdən daha çox xəbərdar olmağımıza və verdiyimiz qərarlar barədə daha şüurlu olmağımıza kömək edə bilər. Biz onlara vaxt məhdudiyyəti tətbiq edilməsini istəyirik “dedi.
İstifadəçinin 13 yaşından kiçik olduğu hesablar üçün valideyn və ya qəyyum ilkin 60 dəqiqəlik limitə çatdıqdan sonra 30 dəqiqə əlavə baxış vaxtına icazə vermək üçün mövcud parol təyin etməli və onu daxil etməlidir.
Məhdudiyyətin yaxın həftələrdə tətbiq ediləcəyi gözlənilir.
Aytac Şahin
Medianews.az