İstanbulda 2 aydır 23 qadının zorla evə qapadıldıqları müəyyən edilib.
Medianews.az xəbər verir ki polislər sözügedən ünvanda əməliyyat keçirərkən İran əsilli Y.K., İraq əsilli T.M. və R.N.S. adlı şübhəliləri həmin evdə tutularaq nəzarətə götürülüb.
Əməliyyat zamanı zorla saxlandıqları mənzilin pəncərəsinə yaxınlaşan qadınların ağ dəsmalı yelləyərək kənardan kömək istəmələri görülüb. Onların iki aydır saxlanıldığı, mobil telefonları və pasportlarının da əllərindən alındığı məlum olub.
Həmçinin, şübhəlilərdən biri T.M. adlı iraqlının iqamətgahında aparılan axtarışda daha 3 İndoneziya vətəndaşı olan qadın tapılıb.
Medianews.az