Çərşənbə axşamı, 21 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Martın 5-də imtahan verəcək şagirdlərin nəzərinə!

XƏYALƏ
02/03/2023 12:02
149
BAXIŞ
FacebookTwitterTelegram

Martın 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə, Şirvan, Lənkəran, Yevlax, Şəki, Naftalan şəhərlərində, Goranboy, Göygöl, Şəmkir, Gədəbəy, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Masallı, Astara, Bərdə, Tərtər, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Xızı rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçiriləcək.

Bu barədə “Qafqazinfo”ya DİM-dən məlumat verilib.

Bildirilib ki, Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçiriləcək.

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

  1. a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
  2. b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 23-dən etibarən çap edib götürə bilirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 211 imtahan binası, 3741 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 211 ümumi imtahan rəhbəri, 602 imtahan rəhbəri, 4647 nəzarətçi-müəllim, 521 buraxılışı rejimi əməkdaşı (mühafizə), 211 bina nümayəndəsi ayrılıb.

Martın 5-də keçiriləcək imtahanda 50498 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 20 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

 

 

 

 

 

 

 

 

DAHA ÇOX OXU

export

“Dəniz Mall”da həyəcan – Polis hərəkətə keçdi

21/03/2023 15:22
1-MANŞET

Bakıda çəkilən bu görüntü gündəm oldu – Yerə uzanıb …

21/03/2023 15:07
1-MANŞET

Qubada DƏHŞƏTLİ OLAY – Polis maşınla..

21/03/2023 14:53
1-MANŞET

Aptekə dərman almağa gələn şəxs NİYƏ ÖLDÜ?

21/03/2023 14:36
1-MANŞET

Əlil arabasına möhtac qalan Tağı Əhmədovla bağlı YENİ İDDİA

21/03/2023 14:20
1-MANŞET

Cahit Bağçı Azərbaycana TƏŞƏKKÜR ETDİ

21/03/2023 13:41
SON XƏBƏR

“Pandemiya bitir, amma növbətilərə hazır olmalıyıq” - ÜST

Zəlzələdə dağılan binalara görə 218 nəfər həbs edilib

İlham Əliyev Türkmənistan Prezidenti ilə görüşdü - Fotolar

Xəbər lenti

“Dəniz Mall”da həyəcan – Polis hərəkətə keçdi

21/03/2023 15:22

Bakıda çəkilən bu görüntü gündəm oldu – Yerə uzanıb …

21/03/2023 15:07

Qubada DƏHŞƏTLİ OLAY – Polis maşınla..

21/03/2023 14:53

Aptekə dərman almağa gələn şəxs NİYƏ ÖLDÜ?

21/03/2023 14:36

Əlil arabasına möhtac qalan Tağı Əhmədovla bağlı YENİ İDDİA

21/03/2023 14:20

Cahit Bağçı Azərbaycana TƏŞƏKKÜR ETDİ

21/03/2023 13:41

Bakıda torpağın 1 sotunun ŞOK QİYMƏTİ

21/03/2023 13:10

Putin müharibə bölgəsinə KOPYASINI GÖNDƏRDİ

21/03/2023 12:25

Tanınmış döyüşçü Faciəvi şəkildə HƏYATINI İTİRDİ

21/03/2023 12:07

“Səs Azərbaycan”ın qalibi BU ŞƏXS OLDU

21/03/2023 11:52

Xan öldürüldü – Pakistanda NƏ BAŞ VERİR?

21/03/2023 11:30

Qadınların vazkeçə bilmədiyi KİŞİ BÜRCLƏRİ

21/03/2023 11:14

Nüşabə Ələsgərli qızına belə VİLLA TİKDİRİB-FOTO

21/03/2023 10:32

Qurani-Kərimi yandırmaq istəyən şəxs haqqında BU QƏRAR VERİLDİ

21/03/2023 09:59

Avstriyadakı Azərbaycan Evində Novruz bayramı qeyd olunub

21/03/2023 09:46

Benzinlə bağlı VACİB MƏLUMAT

21/03/2023 09:38

Xalq artisti Mələkxanım Eyubovanın qızı GÖRÜN HARADA İŞƏ BAŞLADI

21/03/2023 09:21

Azərbaycana yaz gəldi…

21/03/2023 09:13

Yevlaxda itkin düşən və bu gün tapılan 4 yeniyetmə harada imiş? – Sən demə…

21/03/2023 09:08

Bakı-Qazax yolunda beş avtomobil toqquşub -Yol bağlanıb

21/03/2023 08:49

Aktrisa Aidə həyatındakı köklü dəyişikliyə televiziyadan uzaqlaşmaqla başladı

21/03/2023 06:16

92 yaşlı media maqnatı beşinci dəfə evlənməyə hazırlaşır – FOTO

21/03/2023 06:00

Eyfel qülləsinin bir hissəsi hərraca çıxarılır

21/03/2023 05:26

Azərbaycana bahar gəldi

21/03/2023 02:31

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.