Bu gün, “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlindən 18 il keçir.
O, 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə “Trend” analitik-informasiya agentliyini, 1996-cı ildə isə “Monitor” jurnalını təsis edib. Hüseynov həmçinin, “Bakinski bulvar”, “Bakinskiye vedomosti” qəzetlərinin təsisçisi olub.
Qeyd edək ki, Elmar Hüseynov 2005-ci il martın 2-də odlu silahla qətlə yetirilib.
Xatırladaq ki, qətlin üstündən 18 il keçməsinə baxmayaraq, hadisənin kim tərəfindən törədildiyi hələ də üzə çıxmayıb.