Tanınmış ilahiyyatçı Hacı Şahinlə vida mərasimi keçirilir.
Medianews.az xəbər verir ki, ilahiyyatçı ilə vidalaşmaq istəyənlər Məşədi Dadaş məscidinə toplaşır.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb. O, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.