Bir müddətdir Çinlə gərginlik yaşayan ABŞ dünya gündəminə bomba kimi düşən bir görüntü paylaşıb.
Medianews.az xəbər verir ki, həmin görüntülərdə ABŞ ordusu rəsmi olaraq Asiyanın “Super Gücü”nü nümayiş etdirib.
Həmin görüntülər qısa müddətdə internetdə milyonlarla insan tərəfindən izlənilib.
Yayımlanan görüntülərdə Meksika körfəzində gəminin vurulması anları yer alıb. Görüntülər qeydə alındıqdan az sonra kadra F-15-lər daxil olub. JDAM (birbaşa hücum) mövqeyinə keçən təyyarə gəmini bombalayaraq onu iki yerə bölüb. Ötən il qeydə alındığı bildirilən gəminin batırılmasının baha başa gəldiyi bəlli olub. JDAM hücumu üçün istifadə edilən hər raketin dəyərinin 30 min dollar olduğu açıqlanıb.
Sözügedən görüntünün iki fövqəldövlət arasında münasibətlərin gərgin olduğu bir vaxta təsadüf etməsi olduqca əlamətdardır. Ötən günlərdə ola biləcək Çin-ABŞ müharibəsi ilə bağlı açıqlamalar verən ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan iki ölkənin 2025-ci ildə müharibəyə girəcəyini ifadə edib.
“2025-ci ildə döyüşəcəyimizi hiss edirəm”,-deyə general bildirib.
Bütün bu proses davam edərkən, bazar ertəsindən etibarən Çin tərəfindən Tayvana 68 təyyarə və 10 döyüş gəmisi göndərilib. Çinin bu addımı ABŞ Hərbi Dəniz Qüvvələrinin Tayvan boğazından öz kəşfiyyat təyyarəsini göndərəcəyini açıqlamasından sonra baş verib.
Medianews.az