Murad Hüseynov Azərbaycan Mədəniyyət Nazirinin müavini təyin edilib. Bu haqda 1 mart tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Daha öncə Hüseynov Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Murad Hüseynov 1973-cü ildə Bakıda anadan olub. O, Bülbül adına Orta Xüsusi Musiqi Məktəbində, daha sonra Bakı Musiqi Akademiyasında təhsil alıb. Hüseynov Fransa hökuməti tərəfindən təqaüdə layiq görülərək 2000-2002-ci illərdə A.Korto adına Paris Ali Musiqi Akademiyasının Liseyində, 2004-2006-cı illərdə isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında peşəkar musiqi təhsilini davam etdirib.
Azərbaycanın Xalq artisti, pianoçu, beynəlxalq müsabiqələr laureatıdır.