Avropa Komissiyası Almaniyanın linyitlə işləyən elektrik stansiyalarını vaxtından əvvəl bağlamaq planları ilə bağlı araşdırmanın dərinləşdirildiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, Aİ Komissiyasının 2021-ci ildə linyitlə işləyən elektrik stansiyalarının vaxtından əvvəl dayandırılması üçün Almaniyanın enerji şirkətləri RWE və LEAG-a təzminat ödəmə planının ictimai dəstək qaydalarına uyğun olub-olmadığını qiymətləndirmək üçün araşdırma başlatdığı xatırladılıb.
Xüsusilə enerji şirkətlərinin mənfəət itkilərini və əlavə mədən reabilitasiyası xərclərini ödəyən kompensasiya ödənişlərinin nisbəti ilə bağlı şübhələr səbəbilə araşdırmaya başlanıldığı xatırladılaraq, Almaniyanın keçən il kömürdən daha sürətli çıxması üçün şirkətlərlə yeni müqavilə bağladığı və müqaviləni dəyişdirdiyi qeyd edildi.
Açıqlamada Almaniyanın RWE-yə veriləcək 2,6 milyard avro məbləğində dəyişiklik etmədiyi və bu səbəbdən Komissiyanın davam edən araşdırmasının əhatə dairəsini genişləndirməyə qərar verdiyi bildirilib.
Komissiyanın ilkin rəyinin Almaniyanın RWE-yə ödədiyi təzminatın ictimai yardım təşkil etməyə davam etdiyinə diqqət çəkərək, sözügedən təzminatın mütənasib olub-olmamasının araşdırılacağı qeyd edilib.
Aİ-yə üzv ölkələrin ictimai dəstəyi necə təmin edəcəklərini təyin etmək səlahiyyəti Komissiyanın səlahiyyətlərinə aiddir.
Aİ ölkələri dövlət subsidiyalarından yalnız rəqabətə zərər verməyən və ictimai maraqlara uyğun istifadə edə bilər.
Aytac Şahin
Medianews.az