Türkiyənin Adana şəhərində qızını və onun nişanlısını başından güllə ilə vuran ata həbs edilib.
Medianews.az xəbər verir ki, İfadəsi alınan ata qızının evlənməsinə razı olmadığını bildirib.
“Qızımın nişanlısı maşından düşüb üstümə silah çəkdi. Mən də onun üstünə hücum çəkdim və silahı əlindən alaraq atəş açdım. Qızım qaçmağa çalışdı. Arxasınca gedib onu da güllələdim”,-deyə Mehmet. D. bildirib.
Fevralın 28-də Çukurova rayonu Örcün məhəlləsinin meşə sahəsində ətrafdakı vətəndaşlar bir kişi və bir qadının başından güllə yarası aldığını görərək vəziyyəti polisə çatdırıblar. Polis qrupları ölən qadının 24 yaşlı Zülfiye Dopoğlu , kişinin isə 27 yaşlı Abdülsamet Kocaman olduğunu müəyyən edib.
Adana polisi hadisə ilə əlaqəsi olan şübhəlilərin tapılması üçün araşdırmalara başlayıb. Araşdırmada öldürülən qadınla kişinin nişanlı olduğu müəyyən edilib. Polis hadisə yerinə gəliş yolundakı təhlükəsizlik kameralarına baxış keçirib. Sözügedən yolda bir avtomobilin yüksək sürətlə hərəkət etdiyi məlum olub. Avtomobilin sürətlə getməsindən şübhələnən polis avtomobilin sahibini müəyyənləşdirib. Avtomobilin sahibi öldürülən qızın atası Mehmet D.-yə məxsus olduğu ortaya çıxıb. Polis şübhəli atanı Sarıçam rayonundakı evinə basqın edərək yaxalayıb. Şübhəli şəxs nəzarətə alınaraq sorğu-sual edilib.
Medianews.az