“İnsanların əksəriyyəti əvvəlcədən heç bir əlaməti hiss olunmayan və ani ölümlərə səbəb olan ürək xəstəliklərindən məlumatsızdır”.
Medianews.az xəbər verir ki, bu sözləri Türkiyəli professor Hamza Duyğu gündən-günə çoxalan ani ölümlər barədə danışarkən bildirib. O deyib ki, bu tip ölümlərin ən başlıca səbəbi ürək xəstəlikləridir:
“Bu ölümlərdə ən başlıca səbəb ürək-damar xəstəlikləridir. Xüsusən, hava temperaturunun artdığı aylarda mümkün ürək narahatlıqlarına qarşı lazimi tədbirlər görmək önəmlidir.
Mədəciyin fibrilasiyası adlanan bu ölümcül aritmiya zamanı ürək nasos funksiyasını yerinə yetirə bilmir və qan axını kəsilir. Ürək ritmi bir neçə dəqiqə ərzində elektroşokla normal vəziyyətə gətirilməzsə, ölüm baş verir. Buna görə də, koronar arteriya xəstəliyi riskini artıran hipertoniya, şəkərli diabet, yüksək xolesterin, siqaret və ailə tarixi kimi şərtlər də ani ürək ölümü üçün risk faktorlarıdır”.
Professor onu da qeyd edir ki, ailəsi və yaxınlarında əgər ürəkdayanması səbəbilə, qəfil ölüm hadisəsi yaşanıbsa, həmin insanlar vaxt itirmədən tam təchiz olunan ürək xəstəxanasına müraciət etməlidirlər. Həkim Hamza Duyğu bunları da əlavə etdi:
“Pilotlar, sürücülər, hüquq-mühafizə orqanlarının əməkdaşları və gördükləri iş üçün böyük məsuliyyət daşıyan idmançılar mütəmadi olaraq ürək sağlamlığının ətraflı müayinə proqramından keçməlidirlər. Ürək-damar tıkanıklığı, aorta genişlənməsi, aritmiya, ürək çatışmazlığı, anadangəlmə ürək xəstəliyi kimi ani ölümə səbəb olan hallar aşkar edilərək, erkən diaqnozla bu kimi hadisələrin qarşısını almaq mümkündür.
Belə halların yaşanmaması üçün sağlamlıq baxımından mütəmadi olaraq müayinələrdən keçmək vacib hesab olunur”.
Medianews.az