Şənbə, 25 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Anar Kərimov da bu vəzifəyə təyin ediləndə belə başlamışdı”

XƏYALƏ
02/03/2023 14:53
880
BAXIŞ
FacebookTwitterTelegram

Xəyalə Rəis: “Uzun illər bu sahədə hökm sürən boşluqdan sui-istifadə edilib, mədəniyyət müəssisələrinə rəhbərlik edənlər öz qohum-əqrabalarını, tanış-bilişlərini işə götürüblər”

Azərbaycanda mədəniyyət sahəsində mövcud olan problemlərdən ən əsası kadrlarla bağlıdır ki, biz onu hər addımda hiss edirik. Çox təəssüflər olsun ki, mədəniyyət müəssisələrinin bir çoxunda ixtisaslı kadrları çıraqla da tapmaq olmur. İxtisaslı kadrların, mütəxəssislərin bu sahədə az sayda təmsil olunması nəticəsində ortaya çox acınacaqlı mənzərə çıxır.

Dəfələrlə mədəniyyət müəssisələrində ixtisaslı kadrların çatışmazlığı gündəmə gətirilsə də, problem aradan qaldırılmayıb. Təsəvvür edin ki, ölkənin mədəniyyət siyasətində mühüm rol oynayan mədəniyyət müəssisələrində daha çox mədəniyyət sahəsindən xəbərsiz olanlar çalışır. Bu gün kitabxanalar, muzeylər, musiqi məktəbləri, incəsənət ocaqları qeyri-mədəniyyət ixtisasları üzrə təhsil almayanların əlindədir. Şübhəsiz, bu da mövcud vəziyyətin yaranmasına şərait yaradır.

Mədəniyyət sahəsində ixtisaslı kadr problemi o həddədir ki, artıq bu rəsmi şəkildə dilə gətirilir.

Mətbuatda yayılan məlumata görə, Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib ki, mədəniyyət sahəsində elə işçilər var ki, işlədiyi işdən xəbəri yoxdur: “Bunları təkmilləşdirmək üçün hər kəsin dəstəyinə ehtiyac var. Nazirliyin 41 minlik heyəti var, 30 mini bölgələrdə çalışır. Bunlardan 7 faizi mədəniyyət sahəsi üzrə təhsil alıb”.

Nazir müavini mədəniyyət sahəsinə bir neçə aydır rəhbərlik edir, bu problemi o dərhal müşahidə etsə də, təəssüf, uzun illər bu sahəyə məsul olanlar onları “görməyib”. İstənilən sahədə ixtisaslı kadrın olması çox vacibdir. Mədəniyyət sahəsində isə buna elə də əhəmiyyət verilmir. Heç şübhəsiz, burada regional mədəniyyət idarələrinin də məsuliyyəti az deyil. Əlbəttə, qeyri-ixtisas sahiblərinin mədəniyyət sahəsində dərin kök salmasına bu qurumlar da şərait yaradıb.

Mədəniyyət müəssisələrində mədəniyyət üzrə təhsil alanların cəmi 7 faiz təşkil etməsinin səbəbi nədir? Bu sahədə ixtisaslı kadrların azlığı hansı fəsadlara yol açır? Bu niyə baş verib?

 

  • “…Problemin kökünə gedilməlidir ki, hansı səbəbdən mədəniyyət üzrə təhsil alanların mədəniyyət sahəsində faiz dərəcəsi bu qədər acınacaqlıdır”

 

Medianews.az-ın baş redaktoru, sənətşünas Xəyalə Rəis “Bakı-Xəbər”ə şərhində bildirdi ki, məhz uzun illər bu sahədə mövcud olan ixtisaslı kadr çatışmazlığı saysız fəsadlara, problemlərə yol açıb. Öz işini bilməyənlərin müəyyən vasitələrlə irəli çəkildiyini deyən X.Rəis qeyd edir ki, bu məsələdə korrupsiya əməlləri də istisna deyil. Ekspertə görə, hər il Mədəni Maarif Kollecini, musiqi kolleclərini, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu yüzlərlə gənc bitirir, amma onlar işsiz qalırlar, halbuki, mədəniyyət qurumlarında onları öz ixtisasları üzrə işlə təmin etmək mümkündür. “İxtisaslı kadrların yerini müəyyən vasitələrlə işə götürülən qeyri-mədəniyyət sahəsində təhsil alanlar tutur. Əlbəttə, bu sahədə mədəniyyət üzrə təhsil alanların çox aşağı faiz təşkil etməsi mənfi haldır. Hesab edirəm ki, bunun kökü araşdırılmalıdır. Sadəcə sözü deyib keçmək olmaz, problemin kökünə gedilməlidir ki, hansı səbəbdən mədəniyyət üzrə təhsil alanların mədəniyyət sahəsində faiz dərəcəsi bu qədər acınacaqlıdır? Hər kəs bilir ki, uzun illər bu sahədə hökm sürən boşluqdan sui-istifadə edilib, mədəniyyət müəssisələrinə rəhbərlik edənlər öz qohum-əqrabalarını, tanış-bilişlərini işə götürblər. Burada korrupsiya amili də istisna deyil. Bilirsiz ki, son illər Mədəniyyət Nazirliyində keçirilən əməliyyatlar nəticəsində iri ranqlı məmurlar həbs olundular və onların məhkəmə prosesi zamanı saysız ciddi faktlar üzə çıxdı, korrupsiya, rüşvət kimi amillərdən danışıldı. Bölgələrdə ixtisaslı kadrların azlığı da bundan qaynaqlanır. Fikrimcə, mədəniyyət idarələrində, musiqi məktəblərində, kitabxanalarda, muzeylərdə və başqa müəssisələrdə dərin araşdırmalar aparılarsa bütün faktlar aşkara çıxar. Bu gün mədəniyyət müəssisələrində işləyən, lakin öz sahəsini bilməyən yüzlərlə adam var ki, onların hansı yolla işə götürüldükləri aydın olur. Qeyri – ixtisas sahiblərinin mədəniyyət sahəsində üstünlük təşkil etməsi ölkənin mədəniyyət siyasətinə çox ciddi ziyan vurur. Məhz bu səbəbdən insanlar, vətəndaşlar mədəniyyət müəssisəsindən uzaq düşüblər. O sahələrdə ixtisaslı kadrlar olsaydı öz işlərini yerinə yetirərdilər. Fikrimcə, mədəniyyət sahəsində ciddi kadr islahatlarına ehtiyac var və bu sahə təsadüfən bura düşmüş insanlardan təmizlənməlidir. Onların yerinə ixtisaslı kadrlar götürülməlidir”.

X.Rəis qeyd etdi ki, son bir neçə ildə nazirlikdə baş verən dəyişiklik nəticəsində də qeyri-ixtisas sahəsinin adamları bu sahəyə axın edib.
“Hər bir yüksək vəzifə postu dəyişdikdə yeni gələn öz komandası ilə gəlir. Bu təkcə Mədəniyyət Nazirliyinə şamil edilmir. Misal üçün, bir həkim digər həkimin gördüyü işi bəyənmir, bir müəllim digər müəllimin metodikasını bəyənmir və sair. Hər gələn yeni nazir də nələrsə etdiyini göstərmək üçün belə bir addıma əl atır. Bu gözlənilən bir hal idi. Anar Kərimov da bu vəzifəyə təyin ediləndə belə başlamışdı. Ancaq o da öz komandasını gətirdi. İndi o komanda dağılır, yerinə yeni komanda yığılacaq. Burada ixtisas sahiblərinə yer verilməsini arzu edirik. Mədəniyyətlə əlaqəsi olmayan, lakin illərdir bu sahədə kök salan rəhbər işçilərin də fəaliyyəti araşdırılmalıdır. Bu gün təəssüf ki, mədəniyyət sferasında xoşagəlməz münasibət də müşahidə edilir. Hesab edirəm ki, mədəniyyət sahəsində islahatlar dərinləşməlidir. Bu kosmetik xarakter daşımamalıdır. Nazir müavinindən gözləntilərimiz çoxdur və ümid edirik ki, islahatlarda maraqlı olacaq. Mədəniyyət sahəsində dərinləşən problemlərin həlli islahatlrdan keçir”-deyə müsahibimiz vurğuladı.

 “Bakı Xəbər”

 İradə Sarıyeva 

DAHA ÇOX OXU

1-MANŞET

“İran bir neçə aya nüvə silahı istehsal edə bilər”

24/03/2023 18:38
export

Seda Sayan eşitmə qabiliyyətini itirib

24/03/2023 18:19
Cəmiyyət

Ağasəlim Şükürov vəfat etdi

24/03/2023 18:11
1-MANŞET

“Ermənistanla Azərbaycan danışıqlarda məqbul ifadələr tapıb” – Mirzoyan

24/03/2023 18:01
Cəmiyyət

Bu insanlara oruc tutmaq olmaz

24/03/2023 17:45
Dünya

“Məni Rusiya agentləri zəhərləyib” – SAAKAŞVİLİ

24/03/2023 17:36
SON XƏBƏR

Xərçəngi yox edən MÖCÜZƏVİ BİTKİ - BİR ÇİMDİK BÜTÜN ORQANİZMİ YENİLƏYİR

Azərbaycanda məktəbdə CƏSƏD TAPILDI

Məktəbdə 8 Mart üçün pul yığılır: Bu dəfə həm də kişi müəllimlərə hədiyyə alınacaq - İDDİA (SƏS YAZISI)

Xəbər lenti

ABŞ qırıcı təyyarələri Suriyada İran hədəflərinə raket zərbələri endirdi – VİDEO

25/03/2023 06:00

Portuqaliyaya uçan təyyarədə qorxulu anlar: Çox sayda yaralı var – VİDEO

25/03/2023 05:38

Qız musiqinin səsinə etiraz edən atasına görün nə ETDİ

24/03/2023 23:52

Yaxşı immunitet üçün 5 əsas şərt

24/03/2023 23:36

Uşağı olmasın deyə Mənzurənin yeməyinə dərman qatılıb

24/03/2023 23:15

Tanınmış model taksi sürücüsü işləməyə başladı – FOTO

24/03/2023 22:46

Azərbaycanda bunu edənlərə SƏRT XƏBƏRDARLIQ OLUNDU – VİDEO

24/03/2023 22:25

Qalatasaraydan Azərbaycanla bağlı möhtəşəm VİDEOÇARX

24/03/2023 22:07

Bərdədə ağır yol qəzası faciəyə səbəb oldu- FOTO

24/03/2023 21:44

İranın cənub-şərq əyalətləri ayağa qalxdı: “Bu son mesajdır, hədəf bütün rejimdir!” – VİDEO

24/03/2023 21:32

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: Bölmələrimiz tərəfindən…

24/03/2023 21:17

Məşhur aktrisada beşinci dəfə xərçəng aşkarlandı

24/03/2023 21:11

Brilliantdan Dilarəyə təsəlli: “Biz də qəzada itirmişik…”

24/03/2023 20:51

Bakıda bir mənzilə xidmət edən lift – FOTO

24/03/2023 20:36

Dostları Oqtay Əliyevin bu arzusunu həyata KEÇİRƏCƏK

24/03/2023 20:17

Ronaldodan daha bir rekord

24/03/2023 20:07

Gülay qızı ilə Maldiv adalarında – FOTOLAR

24/03/2023 19:48

“Opel” və “VAZ” toqquşdu- Xəsarət alan var – FOTO

24/03/2023 19:40

Türkiyədə daha bir güclü ZƏLZƏLƏ

24/03/2023 19:35

Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: “Baş verə biləcək tələfata görə…”

24/03/2023 19:29

Gənclər arasında QAN DÜŞDÜ- Saxlanılan var

24/03/2023 19:09

Nihat Hatipoğluna verilən sual gündəm oldu – “Sevib sevilmirsənsə…”

24/03/2023 18:58

Hava limanında ağlasığmaz hərəkət – 57 yaşlı kişi…

24/03/2023 18:53

“İran bir neçə aya nüvə silahı istehsal edə bilər”

24/03/2023 18:38

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.