Özünü hərbçi kimi təqdim edən şəxs insanların çətin günüdən istifadə edərək oğurluq edib.
Medianews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəlzələ bölgəsindən Samsunda məskunlaşan ailənin evinə gedən və özünü hərbçi kimi təqdim edən şəxs onlara kömək edə biləcəyini bildirib.
Daha sonra evdən təxminən 100 min lirə dəyərində 2 qolbağı oğurlayıb.
Bir müddət sonra evlərindən qızıllarının oğurlandığını bilən ailə polisə şikayət edib.
Şikayət əsasında özünü hərbçi kimi təqdim şəxs polislər tərəfindən həbs edilib.
Medianews.az