Kuryerin çantasından çıxan varlıq hər kəsi şoka salıb.
Medianews.az xəbər verir ki, Polis Punodakı arxeoloji sahədə davranışı ilə seçilən adamın çantasında axtarış aparıb.
Möhürlənmiş çantadan isə qədim mumiya tapılıb.
Çantanın sahibi isə mumiyanı dostlarına göstərmək üçün çantaya qoyduğunu deyib.
“Juanita” adını verdiyi mumiyanı evdə televizorun yanındakı qutuda saxladığını deyən şəxs mumiyanı “bir növ mənəvi sevgilim” adlandırıb.
Polis, yaşı 600-800 arasında olduğu və qadından çox kişiyə aid olduğu düşünülən mumiyanı müsadirə edərək Mədəniyyət Nazirliyinə təhvil verib.
Medianews.az