Yunanıstanda sərnişin qatarı yük qatarı ilə toqquşub.
Medianews.az xəbər verir ki, ilkin təsbitlərə görə, qəzada 32 nəfər ölüb, 85 nəfər yaralanıb.
Yunanıstan Dövlət Televiziyası kanalının xəbərinə görə, Larisa şəhərinin şimalındakı Tempi bölgəsində sərnişin qatarı ilə yük qatarı toqquşub. Sərnişin qatarının bəzi vaqonlarının relsdən çıxması və ön vaqonların yanması ilə nəticələnən qəzada 25-i ağır olmaqla 32 nəfər ölüb, 85 nəfər yaralanıb.
Afinadan Salonikiyə gedən sərnişin qatarında 346 sərnişin olub. Qəza yerində axtarış-xilasetmə işləri davam edir. Qəzadan sonra Larissa qubernatoru verdiyi açıqlamada toqquşmanın şiddətindən sərnişin qatarının ilk dörd vaqonunun relsdən çıxdığını və onlardan ikisinin tamamilə yararsız hala düşdüyünü bildirib. Qubernator təxminən 250 sərnişinin avtobuslarla Salonikiyə təxliyyə edildiyini bildirib.
Medianews.az