Azyaşlı qızını öldürən qadın məktub yazaraq intihar edib.
Rusiyanın Belqorod vilayətində ana və körpənin cəsədi tapılıb. Onların yanında isə iki intihar yazısı olub.
Medianews.az xəbər verir ki, bu barədə Mash teleqram kanalı məlumat yayıb.
Müstəntiqlərin fikrincə, gənc ana həyat yoldaşının ailəni tərk etməsinə dözə bilməyib.
Onun da doğuşdan sonrakı depressiyaya düşdüyü güman edilir.
Eyni zamanda qadın iki məktub buraxıb.
Onlardan biri ərinə, digəri isə bağışlanma diləyən valideynlərinə həsr olunub.
Məktubda ərinə deyilir: “Səndən qalıb uşaq böyütməyi xahiş etdim, amma sən bizsiz yaşamaq istədin. Ona görə də bizsiz yaşa”.
Medianews.az