Ukrayna prezidenti Zelenski dünya dövlətlərinə çağırış edib.
Medianews.az xəbər verir ki, Zelenski Rusiyanın hücumlarını dayandırmaq üçün müasir döyüş təyyarələrinə ehtiyac olduğunu bildirib.
Zelenski ictimaiyyətə ünvanladığı videomüraciətində Rusiya ordusunun hücumlarının davam etdiyini, Rusiya qüvvələrinin Ukraynanın müxtəlif nöqtələrində pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirdiyini qeyd edib.
14 İHA-dan 11-nin məhv edildiyini və Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyanın hava, raket və İHA hücumları ilə mübarizəni ən effektiv şəkildə davam etdirdiyini bildirən Zelenski, müasir döyüş təyyarələrinin Ukrayna hava məkanına tam nəzarət etmək üçün vacib olduğunu vurğuladı.
Prezident bildirib ki, mütərəqqi döyüş təyyarələri alınarsa, Rusiyanın hücumlarının qarşısını daha effektiv şəkildə ala biləcəyik:
“Buna görə də müasir döyüş təyyarələrinə ehtiyacımız var ki, dövlətimizin bütün bölgəsini Rusiya terrorundan qoruya bilək”.
Donetskdə xüsusilə şiddətli qarşıdurmaların davam etdiyini bildirən Zelenski, Bəhmut və digər şəhərləri müdafiə etməyə davam edən Ukrayna əsgərlərinə təşəkkür edib.
Medianews.az