Bakı Dövlət Universitetinin müəllimi dünyasını dəyişib.
AZXEBER.COM xəbər verir ki, gənc jurnalist, BDU-nun Jurnalistika fakültəsinin müəllimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva bu gecə vəfat edib.
Bir neçə ay öncə ailə quran Ellada Mustafayeva hələ gənc yaşlarından müxtəlif istiqamətlərdə jurnalistika fəaliyyəti ilə məşğul olub.
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən müəllim bu gecə vəfat edib.
