Dünyanın ən varlı adamı bəlli olub.
Medianews.az Bloomberg-ə istinadla bildirir ki, Amerikalı sahibkar İlon Mas dünyanın ən varlı adamları siyahısında birinci yerə qayıdıb.
Maskın sərvətinin 187 milyard dollar dəyərində olduğu bildirilir.
İkinci yerdə Fransanın lüks mallar istehsalçısı LVMH (LVMH Moët Hennessy – Louis Vuitton) şirkətinin rəhbəri və sahibi Bernard Arnaultdur, onun sərvəti 185 milyard dollar qiymətləndirilir.
Üçüncü yeri 117 milyard dollar sərvəti ilə Amazon-un qurucusu Ceff Bezos tutur.
Medianews.az