Gənc və gözəl qalmaq üçün botoks və dolgu kimi estetik prosedurlara yüksək məbləğdə pulllar xərclənir.
Lakin pullar tökmədən də təbii şəkildə botoks və dolğunu əldə edə bilərsiz.
Kollagenlə dərinin qocalmasını ləngitmək mümkündür.
Bəs kollageni necə əldə etmək mümkündür?
Kollageni ehtiva edən ananas dəridə botoks və dolğunluq effekti yaradır.
Bəs o zaman ananasın faydaları hansılardır?
Dərinin dermis qatında infeksiyanı azaldır. Sızanaqların əmələ gəlməsinin qarşısını alır. Daha gənc görünüş təmin edir. Ananas suyu hüceyrələrin sürətli bərpasını dəstəkləyir.
Dərini korlayan ən böyük amil qaraciyərdə toksinlərin artmasıdır. Ananas, toksinləri və ödemi azaltmaq üçün bir-bir fayda təmin edən bir qidadır.
Bu şəkildə dəri daha canlı və gözəl görünür.
Tərkibində təbii kollagen olan ananas dərinin ehtiyac duyduğu amin turşularını və C vitaminini təmin edir.
Bu sayədə dəridəki ləkələr və qaralmış yerlər daha ağarmış görünür.
Gün ərzində tonik olaraq dərinizə təzə sıxılmış ananas şirəsi çəkin. Ananas suyu içməli suya qatıb saçınızı yusanız, kəpək problemindən qurtularsınız. O, həmçinin saç köklərini gücləndirir, tökülmənin qarşısını alır.
Medianews.az