Belarusda Rusiya təyyarəsinə qarşı gözalənilməz təxribat baş verib.
Medianews.az xəbər verir ki, Belarusun paytaxtı Minsk şəhəri yaxınlığında Rusiyaya məxsus hərbi müşahidə təyyarəsinin belaruslar tərəfindən məhv edildiyi bildirilir.
Belarusun müxalifət lideri Svetlana Tixanovskayanın baş müşaviri sosial mediada açıqlamasında belə deyib:
“Tərəfdarlarımız Minsk yaxınlığındakı Matçulişi aviabazasında nadir rus təyyarəsinin partladılması üzrə xüsusi əməliyyatın uğurlu keçdiyini təsdiqləyiblər”. Bu, müharibənin başlanğıcından bəri ən uğurlu təxribat əməliyyatı kimi qiymətləndirilir”.
Qeyd edək ki, 330 milyon avro dəyərində olan A-50 tipli müşahidə təyyarəsinə edilən hücumun İHA tərəfindən həyata keçirildiyi bildirilir.
Medianews.az