Sel və torpaq sürüşməsi böyük fəlakətə səbəb oldu.
Medianews.az xarici mətbuata istinadla bildirir ki, Braziliyanın Sao Paulo əyalətinin səlahiyyətliləri tərəfindən edilən açıqlamada, bu ayalətdə 18 fevraldan bəri sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayının 65-ə yüksəldiyi bildirilib.
Meteorologiya İnstitutundan verilən açıqlamada fevral ayı ərzində gözlənilən yağıntının 24 saat ərzində ştatda düşdüyü açıqlanıb və zərərin böyük olduğu bildirilib.
Qeyd edək ki, sel və sürüşmə nəticəsində 2 mindən çox insanın evsiz qaldığı, 3 min nəfərin isə təbii fəlakət bölgəsindən təxliyə edildiyi açıqlanıb.
Medianews.az