Qırğızıstanda 5,9 bal gücündə zəlzələ baş verib.
Medianews.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji təcrübi-metodoloji ekspedisiyası məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 03:42-də Almatıdan 279 km cənub-şərqdə qeydə alınıb. Ocağı 15 km dərinlikdə yerləşən zəlzələ Almatıda 2 bal gücündə hiss olunub.
İki saat sonra Almatıdan 278 km cənub-şərqdə Qırğızıstan və Çin sərhədində 5,6 bal gücündə növbəti zəlzələ qeydə alınıb.
Medianews.az