Kim Peek 1951-ci ildə ABŞ-da doğulmuşdu. Uşaqkən ona əqli inkişafdan geri qaldığına dair diaqnoz qoyulmuşdu.
Medianews.az lent.az-a istinadən xəbər verir ki, Kim Peek ən adi məişət işlərini yerinə yetirə bilmirdi, lakin çox qeyri-adi bacarığa sahib idi. O çox güclü yaddaşı sayəsində gördüyü hər yazını əzbərləyirdi. Oxuduğu hər şey ən incə təfərrüatına qədər yadında qalırdı. Bir səhifəni 8 saniyəyə oxuyub əzbər yadda saxlayırdı. Həyatı boyu 12 min kitab oxumuşdu və onların hamısını əzbər bilirdi. Kim həmçinin təqvimdə ilin hansı gününü həftənin hansı gününə düşdüyün dərhal hesablaya bilirdi, həmin gündə baş vermiş tarixi hadisələri də əzbər deyə bilirdi.
IQ testlərinin nəticəsinə əsasən, onu gah dahi, gah da əqli zəif adam kimi qiymətləndirirdilər.
Kim Peek 2009-cu ildə 58 yaşında infarkt keçirərək vəfat edib.