Mahirin yeni komandasında durum gərgindir…

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” klubunda durum gərgindir. 

Medianews.az offsideplus.az-a istinadən xəbər verir ki, komanda baş məşqçi Aleksandar Stanoyeviçin rəhbrəliyi altında çıxdığı 5 oyundan 4-də meydandan xalsız ayrılıb. Kollektiv son turda “Fəbərbağça”ya uduzub.

Serbiyalı mütəxəssis isə növbəti turda yeni transferlərin, eləcə də Emrelinin xidmətindən yararlana biləcəyinə ümid edir:

“Fənərbağça” ilə matçda transferlərdən, eləcə də yeni hücumçulardan istifadə edə bilmədik. Növbəti duel üçün daha çox seçimimiz və özümüzü daha yaxşı tərəfdən göstərmək şansımız olacaq”.

DAHA ÇOX OXU

Xəbər lenti