Çərşənbə, 22 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

İrəvan “qazdığı quyu”ya düşür: Qərb Ermənistan üçün fəlakət ssenarisini aktivləşdirir

TURAN
27/02/2023 21:18
71
BAXIŞ
FacebookTwitterTelegram

Qərb siyasi dairələri Avropa Parlamenti üzərindən rəsmi İrəvanı Kremllə münasibətlərin tamamilə qoparılmasına sürükləyir, Ermənistanın avantürist manevrlərlə hər iki tərəfdən faydalanmaq cəhdlərini bloklayır… Kremllə siyasi-diplomatik qarşıdurma vəziyyətində olan Ermənistanın KTMT ilə sadəcə, məsafə saxlamağa nail olması ABŞ və Qərbi indi qətiyyən qane etmir…

Cənubi Qafqaz uğrunda nəhənglərin savaşı artıq açıq müstəviyə keçməyə başlayıb. Belə ki, bu regionda maraqları kəskin şəkildə toqquşan ABŞ, Avropa Birliyi və Rusiya geopolitik manevrləri intensivləşdiriblər. İndi qarşıduran tərəflər region dövlətlərindən öz maraqları çərçivəsində daha çox dəstək almağa çalışırlar. Ona görə də, son vaxtlar ABŞ, Avropa Birliyi və Rusiyanın geopolitik proseslərə münasibətdə region dövlətləri ilə siyasi-diplomatik təmasları sıxlaşdırması o qədər də təəccüblü deyil.

Əslində, hələlik geopolitik “istifadə aləti” rolunda yalnız Ermənistan çıxış edir. Rəsmi İrəvan Cənubi Qafqazda yeganə “zəif bənd” sayılır. Üstəlik, dünya nəhəngləri arasındakı maraq toqquşmaları və ziddiyyətlər indi əsasən Ermənistan üzərində çarpazlaşıb. Bu baxımdan, rəsmi İrəvan üçün daha ağır və təhlükəli mərhələnin hələ irəlidə olduğu qətiyyən şübhə doğurmur.

77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB)

Məsələ ondadır ki, Ermənistan Rusiyanın hərbi müttəfiqi olmaqla yanaşı, həm də Kremlin patronajlığı altında olan KTMT-nın üzvüdür. Ermənistan buna paralel olaraq, yenə də Rusiyanın təsir dairəsində olan Avrasiya İqtisadi İttifaqının (Aİİ) da üzvüdür. Yəni, Ermənistanı Rusiyaya bağlayan kifayət qədər ciddi faktorlar mövcuddur. Və bu baxımdan, rəsmi İrəvanın Kremlin təsir dairəsindən tezliklə və asanlıqla qopub, Qərbə yaxınlaşması olduqca qəliz məsələ təsiri bağışlayır.

Ancaq buna baxmayaraq, Paşinyan hakimiyyəti ABŞ və Qərblə Rusiya arasında təhlükəli manevrlər etməkdə israrlı davranır. Rusiyanın düşməni olan Avropa Birliyinin mülki missiyası artıq Ermənistanda fəaliyyət göstərməyə başlayıb. Kremlə yaxın siyasi dairələr bu mülki missiyanın əsasən casuslardan təşkil olunduğunu və rus hərbçilərini izləyəcəyini düşünürlər. Və bu, hazırda Rusiya ilə Ermənistan arasında ciddi ziddiyyətlərə yol açmaqdadır.

Rusiya siyasi dairələri hesab edirlər ki, Kreml və rəsmi İrəvan arasında indiki diplomatik uzaqlaşma mövcud narazılıqlar həll edilənə qədər mövcudluğunu qoruyacaq. Nə qədər qəribə də olsa, Rusiya bu mərhələdə Azərbaycanla maraqlarının uzlaşdığına əmindir. Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişinin məhz Rusiyanın vasitəçiliyi ilə imzalanmasında maraqlıdır. Çünki bu, Kremlə Cənubi Qafqazda geopolitik orbitr rolunu və mövqelərini qorumaq imkanları aça bilər.

5d30573c-99af-4ab5-8464-2eabbdb50f27.jpg (136 KB)

Təbii ki, Kremldə rəsmi Bakı üçün hansı məzmunda sülh sazişinin daha vacib olduğunu da anlamamış deyillər. Ancaq rəsmi İrəvanın Rusiyanın vasitəçiliyi ilə sülh sazişi imzalamaqdan yayınmaq cəhdləri Kremldə kifayət qədər ciddi qıcıq doğurmaqdadır. Və belə hesab olunur ki, Paşinyan hakimiyyəti sülh prosesini Rusiyadan mümkün qədər uzaqlaşdırmaq cəhdi ilə geopolitik təşəbbüsü Qərb siyasi dairələrinə ötürmək niyyəti güdür.

Ancaq maraqlıdır ki, Rusiya ilə münasibətlərini korlamaqda davam edən Ermənistanın ABŞ və Qərblə tamamilə anlaşma içərisində olduğunu da iddia etmək çox çətindir. Hər halda, Kreml rəsmi İrəvana qarşı müəyyən tələblər irəli sürdüyü kimi, ABŞ və Qərbin də Ermənistandan olduqca ciddi gözləntiləri mövcuddur. Və Qərb siyasi dairələri bu gözləntilərin mümkün qədər tez bir zamanda qarşılanmasında israrlı davranır.

Məsələ ondadır ki, son vaxtlar ermənipərəst mövqeyi ilə seçilən Avropa Parlamenti belə, Ermənistana təztiqləri sərtləşdirməyə başlayıb. Bu qurumdan açıq şəkildə xəbərdarlıq edilib ki, Ermənistanla əməkdaşlığın aktivləşdirilməsi yalnız rəsmi İrəvan KTMT və Aİİ-də üzvlüyünü dayandıracağı təqdirdə mümkün olacaq. Üstəlik, rəsmi İrəvana yönəlik bu mesaj məhz ermənipərəstliyi ilə seçilən deputat Marina Kalyurand vasitəsilə çatdırılıb.

ktmt-ermeni-rus.jpeg (115 KB)

O, bildirib ki, Avropa Birliyi Ermənistanın Rusiya tərəfindən qurulan hərbi müdafiə təşkilatının – KTMT-nın üzvü olmasına qətiyyən göz yuma bilməz: “Ona görə də, sizin ölkəniz, xalqınız və hökumətiniz Avropa Birliyi ilə hansı səviyyədə əməkdaşlıq etmək istədiyini dəqiqləşdirməlidir. Avropa Birliyi indiki halda, əməkdaşlığı yalnız Ermənistanın buna hazır olduğu səviyyəyə uyğun aktivləşdirə bilər”.

Göründüyü kimi, Qərb siyasi dairələri Avropa Parlamenti üzərindən rəsmi İrəvanı Kremllə münasibətlərin qoparılmasına yönəlik addımlar atmağa sövq edir. Avropa Birliyi israrla Ermənistanın Rusiyadan uzaqlaşmasının və Qərbin xeyrinə seçim etməsinin vacibliyini qabardır. Kremllə münasibətlərin korlanması və Ermənistanın KTMT ilə sadəcə məsafə saxlamağa nail olması ABŞ və Qərbi tam qane etmir. Və rəsmi İrəvanın açıq, həm də qətiyyətli addımlar atmasına cəhd göstərir.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti qərar vermək, seçim etmək məcburiyyətindədir. Çünki ABŞ və Qərb rəsmi İrəvanın hər iki tərəf arasında avantürist manevrlər edib, bundan faydalanmaq cəhdləri ilə barışmaq niyyətindən çox-çox uzaqdır. Bu isə o deməkdir ki, Qərb siyasi dairələri Ermənistanın eyni vaxtda “iki stulda oturmaq” istəyi ilə barışmır. Əksinə, rəsmi İrəvanı birbaşa Rusiya ilə qarşıdurmaya sürükləyir. Və bu, Ermənistan üçün fəlakət ssenarisinin işə düşməsi anlamı daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

DAHA ÇOX OXU

Analiz

Metro istifadəçilərinin NƏZƏRİNƏ: martın 22-nə qədər…

19/03/2023 17:27
Analiz

ABŞ və Qərb Ermənistana qarant durmur: Bakının manevrləri İrəvanda şok effekti yaradır

16/03/2023 20:30
Analiz

Xankəndi əməliyyatına qarşı əngəllər dəf olunur: ABŞ-dan Bakıya strateji məzmunlu mesaj verildi

06/03/2023 18:26
Analiz

Silahlı erməni terrorçular legitim hədəfdir: Laçın yoluna nəzarət qaçılmazdır

05/03/2023 19:12
1-MANŞET

“Ağıllı kənd” nədir və Azərbaycan üçün nə vəd edir? (ARAŞDIRMA)

21/02/2023 13:05
Analiz

Paşinyan Ermənistana “geopolitik quyu” qazır: Erməni dövləti üçün geri sayım başlayıb

13/02/2023 12:31
SON XƏBƏR

E vitamini çatışmazlığı hansı fəsadlara yol açır?

Gəmi qəzasında can itkisi artır - SİYAHI

Biləsuvarda məktəb direktoru ilə müəllim arasında baş vermiş insidentin TƏFƏRRÜATI - VİDEO

Xəbər lenti

Dilarə Əliyeva avtomobil qəzasının necə baş verdiyini AÇIQLADI

22/03/2023 22:24

Dilarədən ürək dağlayan sözlər – VİDEO

22/03/2023 22:13

Qəzada ölən Oqtay Əliyevin evindən reportaj — VİDEO

22/03/2023 21:48

Dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyev kimdir? – DOSYE

22/03/2023 21:39

Zaur və Günay cütlüyü: “Sizdən yadigar bu şəkil qaldı” – FOTO

22/03/2023 21:33

Mübahisə edən arvadının boğazını KƏSƏRƏK ÖLDÜRDÜ

22/03/2023 21:30

Yola düşən qaya avtomobil yolunda nəqliyyatın hərəkətini pozdu – FOTO, VİDEO

22/03/2023 21:15

Keçmiş hakim: “Kriminal avtoritetin ölümündə günahlandırılan şəxsə bəraət verdim” – VİDEO

22/03/2023 20:50

Müdafiə Nazirliyi açıqlama yaydı

22/03/2023 20:43

Gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, illərlə kirayələrdə yaşadı

22/03/2023 20:38

“Dəniz Mall”da nə BAŞ VERİR? – Həyəcan siqnalı verildi

22/03/2023 20:23

Dilarə Əliyevanın qardaşı dəhşətli qəzadan danışdı: “Travmatologiyadayam”

22/03/2023 20:05

Mehriban Zəkinin vəziyyəti necədir? – RƏSMİ AÇIQLAMA

22/03/2023 19:53

Oqtay Əliyevin vəfat etdiyi qəzanın səbəbi bilindi – ürəyi tutub…

22/03/2023 19:39

Diqqətsizlik nəticəsində skuter qəzası baş verdi – VİDEO

22/03/2023 19:30

Pərvin Niderlandda “şpaqat açıb” poza verdi – FOTOLAR

22/03/2023 19:15

Oqtay Əliyev yol qəzasında öldü, Dilarə Əliyeva yaralandı

22/03/2023 19:09

Gürcüstan parlamentində əlbəyaxa dava oldu

22/03/2023 19:00

Boğazdakı heyrətamiz görüntü hər kəsi ŞOKA SALDI- VİDEO

22/03/2023 18:45

Kafedə işlədiyinə görə qadını qınayan aparıcını biabır etdilər: – “Sən niyə kişilərlə işləyirsən?”

22/03/2023 18:25

Yaşlı cütlüyün piknik süfrəsinə TİMSAH QONAQ OLDU – VİDEO

22/03/2023 18:15

Daha bir azərbaycanlı bloger eyvanda alt paltarsız FOTOSESSİYA etdirdi

22/03/2023 18:00

“Sabah saat 08:00-dan…” – XƏBƏRDARLIQ

22/03/2023 17:47

Oruc tutacaq şəxslərin NƏZƏRİNƏ!: Bunları MÜTLƏQ EDİN!

22/03/2023 17:34

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.