Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Bakı Uşaq və Gənclər Teatrı Mingəçevir Dövlət Dram Teatrı ilə birgə Mingəçevir şəhərində tədbir keçirib.
Tədbirdə Mingəçevir Teatrının aktyorları Azərbaycan Respublikasının Xalq artisti Ella Yaqubovanın və Paşa Salmanovun ifasında “Xocalım” kompozisiyası , daha sonra Bakı Uşaq və Gənclər Teatrının repertuarında xüsusi yer tutan “Vətən” tamaşası nümayiş olunub. Tamaşa Azərbaycanın dövlət atributlarına – Dövlət Bayrağına və Dövlət Himninə həsr edilib. Tamaşa boyu Azərbaycan Bayrağı və Himninin yaranma tarixi və keçdiyi əzablı yol, şanlı qələbəmiz öz əksini tapıb.
Tamşanın rejissoru respublikanın Əməkdar artisti İntiqam Soltandır. Rollarda isə Niyaz İlyasoğlu, Rauf Hüseynli və Qurban Əhmədov ifa edirlər.
Medianews.az