Azərbaycanlı həkim onlarla insanın ümidi oldu.
Medianews.az xəbər verir ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələdə Elvin İsazadə könüllü olaraq bölgəyə gedən həkimlərdəndir.
Yıldırım Beyazıt Universiteti Yenimahalle Təhsil və Araşdırma Xəstəxanası Ümumi Cərrahiyyə Mütəxəssisi olan Elvin İsazadə Türkiyənin köməyə ehtiyacı olduğunu biləndə bu sözləri deyib:
“Mən azərbaycanlıyam, orada doğulmuşam, Türkiyəyə təhsilim üçün gəlmişəm, amma Azərbaycan kimi Türkiyə də mənim vətənimdir. Heç bir ayrı-seçkilik etmədən sevinclərinə sevinirik, kədərlənəndə kədərlənirik”.
İsazadə zəlzələ bölgəsində başına gələnləri belə izah edib:
“Xəstəxana işçiləri təbii olaraq zəlzələdən sonra xəstəxananı tərk etdi. Xəstəxana işçilərindən də itkilərin olduğunu öyrəndik. Lakin bir çox həkimlər kimi məndə insanlara əlimizdən gələni etmək üçün çalışdıq. Bu qədər stress və gərginlik içində dünyaya gələn körpələr bizə ən yaxşı əhval-ruhiyyə oldu. Həyat itkisinin kədərini yaşayarkən dünyaya gələn körpələr bizə daha çox işləmək üçün güc verdi”.
Qeyd edək ki, Elvin İsazadə Qarabağ müharibəsində də müharibə bölgəsinə könüllü gedən həkimlərdən olub.
Medianews.az