Şənbə, 25 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

15 gün əsirlikdə qalan Xocalı şahidi: “Eşitdik ki, Əhmədin də başını qəbiristanlıqda kəsiblər”

TURAN
27/02/2023 03:48
918
BAXIŞ
FacebookTwitterTelegram

Xocalı deyəndə ürəyimizdə min bir ah çəkilir, gözümüzün qarşısına neçə-neçə qəddarcasına öldürülən məsum can gəlir. 31 il keçir, o qanlı gecədən. Lakin xalqımız bu dəhşəti hələ də ilk günkü kimi xatırlayır. Doğrudur, həmin qətliam onun şahidləri qədər heç kəsdə dərin izlər buraxmayıb. Ancaq bu qorxunc iztirabı eşitmək də ağırdır, danışmaq da. Bu elə bir ağrıdır ki, nə nifrətə, nə kinə sığır. 1992-ci il 26 fevral tarixində bir müsibət yaşandı ki, insanlıq utandı, yox oldu yer üzündən…

Xocalı Soyqırımı şahidlərinin danışdıqları nə qədər dəhşətli və amansız olsa da, onların başına gələnlər deyə bildiklərindən qat-qat ağırdır. Faciəyə təkcə gözləri ilə yox, bütün cismi və ruhu ilə şahid olanlardan biri də Qumru Bidzinovadır. Əslən ağdamlı olan Qumru xanım Xocalıya təzəcə gəlin köçübmüş:

“Mən Ağdamda doğulub, böyümüşəm. Daha sonra Xocalıya gəlin köçüb, orada ailə qurmuşam. O vaxtlar vəziyyət çox gərgin idi.Həyat yoldaşım polis vəzifəsində çalışırdı. Doğrusu, o bizə nələr olacağı barədə heç nə danışmamışdı. Biz ondan bu haqda bircə kəlmə belə eşitməmişdik.

Əvvəllər bütün cavan qız-gəlinlər bulaq başına yığışardı. Söhbətləşərdik. Elə həmin ərəfələr idi. Qar dizdən olsa da, biz yenə bulaqdan su gətirməyə düşürdük. Bulağa gələnlər arasında erməni qadınları da var idi. Ora yığışanlar öz aralarında danışırdılar ki, Xocalı və onun sakinlərinin aqibəti heç də ürəkaçan deyil. Ermənilərin dedikləri bir ağızdan yayılıb, hər kəsin dilində dolaşırdı. Həmçinin, düşmən özü də simsiz rabitə vasitəsilə bizə deyib-eşitdirmişdi ki, Xocalı artıq ovcumuzun içindədir. Bir gecədə ovcumuzu açıb-yummaqla hər tərəfi yerlə-yeksan edəcəyik. Onların bu sözlərində gerçəklik payı çox idi. Çünki Xocalı ortada yerləşən bir bölgə idi. Onlar da artıq bütün ətraf kəndləri ələ keçirmişdilər.

Bu hadisələr olmamışdan bir-iki gün öncə Xankəndidən iki rus əsgər ağlaya-ağlaya bizim kəndə gəldi. Bizi görüb təəccüb və qorxu içində dedilər ki, ağlınız varsa, qaçıb, gedin. Onlar sizi yox edəcək…

Əsgərlər burada qalmaq istəmədiklərini, Bakıya, oradan da Moskvaya qayıtmaq niyyətində olduqlarını bildirdilər. Sovet sədrimiz Elman müəllim onları Bakıya yola saldı. O əsgərlərin buradan getməsinə səbəb bizim başımıza gələcək dəhşətdən xəbər tutmaları olmuşdu. Həmin ruslar bu faciəni yaşamasa da eşitdikləri onlara bəs etmişdi. Bizim üçün isə artıq gec idi..”

9 aylıq körpəsi qucağında olarkən ailəsi ilə birlikdə əsir düşən Qumru xanım həmin gecəni belə xatırlayır:

“Kəndi talayıb, yandırmağa başlamışdılar. İnsanlara da evlərin içində od vururdular. O vəhşiliyi unutmaq mümkün deyil. Həyat yoldaşımın dostu Əhməd və onun ailəsi bizimlə qonşu idi. Bizim evi talayıb, maşına yığarkən onların da evlərinə od vurub-yandırdılar. İçindəki qoca kişini arxadan güllə ilə vurub öldürdülər.Əhmədin nənəsini isə diri-diri yandırdılar. Səsi hələ də qulaqlarımdadır. İlahi, necə dəhşət idi. Mənim qaynatamı da həmin andaca vurdular. Sonra eşitdik ki, Əhmədin də başını qəbiristanlıqda kəsiblər.

Bu hələ başlanğıc idi. Əsl faciə bizi əsir götürəndən sonra başladı. Ağlasığmaz işgəncələr, bir gecəyə sığdı. O soyuqda bizi qarın, buzun üstündə saxlayırdılar. Cavan-cavan qız-gəlinlərin başına açmadıqları oyun, müsibət qalmadı. Mənim dırnaqlarımı yerindən söküb çıxardılar. Sonra elektrik cərəyanı ilə işgəncə verdilər. Qaynanamın ayağını silahın arxası ilə vurub-sındırdılar. Bizimlə birgə Qərənfil adlı bir qadın da var idi. Onun gözlərini yerindən çıxartdılar”.

15 gün əsirlikdə qalan Xocalı şahidi əsirlikdən qurtulsa da, o anların vahiməsi hələ də canından çıxmayıb:

“Xankəndidə əsir olarkən Janna adlı hərbi vəzifəli bir qadının əlinə düşdük. Lakin o, bizə digər erməni cəlladlarından fərqli münasibət göstərdi. Bizə nə özü toxundu, nə də bunun kiməsə icazə verdi. Onun bu davranışının səbəbi isə oğlunun əsir düşdüyü zaman saçının telinə belə zərər gəlməməsi idi. Bizim tərəfdən göstərilən humanist davranışın nəticəsində biz oradan qurtula bildik. Janna bizi Allahverdi Bağırova təslim etdi. Canımızı birtəhər qurtarıb, oradan çıxa bildik”.

Qumru xanım bildirir ki, ailəsi və özü əsirlikdən xilas ola bilsələr də, görüb-yaşadığı zülmlərdən, amansız və qəddar işgəncələrin təsirindən hələ də qurtulmayıb. Uzun müddət müalicə alan Xocalı şahidi həmin günlərin nə qədər ağır və ağrılı olduğunu indiyə qədər yaddaşından silə bilməyib.

Aytac Şahin
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.

DAHA ÇOX OXU

1-MANŞET

“İran bir neçə aya nüvə silahı istehsal edə bilər”

24/03/2023 18:38
export

Seda Sayan eşitmə qabiliyyətini itirib

24/03/2023 18:19
Cəmiyyət

Ağasəlim Şükürov vəfat etdi

24/03/2023 18:11
1-MANŞET

“Ermənistanla Azərbaycan danışıqlarda məqbul ifadələr tapıb” – Mirzoyan

24/03/2023 18:01
Cəmiyyət

Bu insanlara oruc tutmaq olmaz

24/03/2023 17:45
Dünya

“Məni Rusiya agentləri zəhərləyib” – SAAKAŞVİLİ

24/03/2023 17:36
SON XƏBƏR

Nigar Camal hücuma məruz qaldı - HƏMİN AN KAMERALARDA

Türkiyədə 5 bal gücündə zəlzələ baş verib

Ukraynanın müdafiə naziri Şaxta babadan BUNU İSTƏYİB

Xəbər lenti

Qız musiqinin səsinə etiraz edən atasına görün nə ETDİ

24/03/2023 23:52

Yaxşı immunitet üçün 5 əsas şərt

24/03/2023 23:36

Uşağı olmasın deyə Mənzurənin yeməyinə dərman qatılıb

24/03/2023 23:15

Tanınmış model taksi sürücüsü işləməyə başladı – FOTO

24/03/2023 22:46

Azərbaycanda bunu edənlərə SƏRT XƏBƏRDARLIQ OLUNDU – VİDEO

24/03/2023 22:25

Qalatasaraydan Azərbaycanla bağlı möhtəşəm VİDEOÇARX

24/03/2023 22:07

Bərdədə ağır yol qəzası faciəyə səbəb oldu- FOTO

24/03/2023 21:44

İranın cənub-şərq əyalətləri ayağa qalxdı: “Bu son mesajdır, hədəf bütün rejimdir!” – VİDEO

24/03/2023 21:32

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: Bölmələrimiz tərəfindən…

24/03/2023 21:17

Məşhur aktrisada beşinci dəfə xərçəng aşkarlandı

24/03/2023 21:11

Brilliantdan Dilarəyə təsəlli: “Biz də qəzada itirmişik…”

24/03/2023 20:51

Bakıda bir mənzilə xidmət edən lift – FOTO

24/03/2023 20:36

Dostları Oqtay Əliyevin bu arzusunu həyata KEÇİRƏCƏK

24/03/2023 20:17

Ronaldodan daha bir rekord

24/03/2023 20:07

Gülay qızı ilə Maldiv adalarında – FOTOLAR

24/03/2023 19:48

“Opel” və “VAZ” toqquşdu- Xəsarət alan var – FOTO

24/03/2023 19:40

Türkiyədə daha bir güclü ZƏLZƏLƏ

24/03/2023 19:35

Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: “Baş verə biləcək tələfata görə…”

24/03/2023 19:29

Gənclər arasında QAN DÜŞDÜ- Saxlanılan var

24/03/2023 19:09

Nihat Hatipoğluna verilən sual gündəm oldu – “Sevib sevilmirsənsə…”

24/03/2023 18:58

Hava limanında ağlasığmaz hərəkət – 57 yaşlı kişi…

24/03/2023 18:53

“İran bir neçə aya nüvə silahı istehsal edə bilər”

24/03/2023 18:38

Seda Sayan eşitmə qabiliyyətini itirib

24/03/2023 18:19

Ağasəlim Şükürov vəfat etdi

24/03/2023 18:11

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.