Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Xocalı faciəsindən üç gün sonra çəkilmiş nadir fotolar (VİDEO)

TURAN
26/02/2023 14:41
96
BAXIŞ
FacebookTwitterTelegram
Haqqında məlumat verəcəyimiz şəkillər 31 il bundan əvvəl Xocalı faciəsindən cəmi üç gün sonra elə Xocalıda fotolentin yaddaşına köçürülüb. Onda artıq ermənilər öz havadarlarının köməkliyi ilə azərbaycanlılara qarşı əsrin faciəsini törətmişdilər, lakin bu, son deyildi. Axı, kimin ağılına gələrdi ki, bu insan qanına susamış cəlladlar, həm də Xocalını yer üzündən birdəfəlik silmək niyyətində idilər. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Deməli, erməni cəlladları Xocalıda təkcə günahsız insanları öldürmədilər, həm də bu yurdun daşını-daş üstə qoymadılar. Bunu Xocalı soyqırımından 72 saat sonra çəkilmiş fotolar da təsdiq edir.
Bu nadir fotoşəkilləri AZƏRTAC-a texnika elmləri doktoru, professor, Əməkdar mühəndis, AMEA Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi Fuad Hacızadə təqdim edib və bununla bağlı geniş məlumat verib.

 

1 of 8
- +
1991-2007-ci illərdə Ekologiya İnstitutunun direktoru olmuş həmsöhbətimiz o günləri belə xatırlayır: “Xocalıdakı çəkilişlər Müdafiə Nazirliyinin tapşırığı əsasında aparıldı. O vaxt Ekologiya İnstitutu Milli Aerokosmik Agentliyinin (MAKA) nəzdində fəaliyyət göstərirdi. Demək olar ki, respublikada bütün aerofotoçəkiliş işləri bizə həvalə olunmuşdu. Biz bu təklifi araşdırdıq və bildirdik ki, helikopterlə adi fotoaparatla bu şəkilləri çəkmək daha faydalı, tez və operativ olar. Ona görə də Müdafiə Nazirliyindən bizə helikopter verildi. Həmin gün hərbi helikopterdə üç nəfər idik. O dəhşəti helikopterin pəncərəsindən görəndə nitqimiz tutuldu. O vəhşiliyə ad vermək qeyri-mümkün idi…”.
F.Hacızadə deyib ki, həmin vaxtı şəhərin bir neçə rakursdan şəkillərini çəkiblər: “Çəkiliş aparmaq təhlükəli olduğundan biz əsasən vacib məqamları lentə ala bildik, çünki düşmən hər an helikopteri vura bilərdi. Saat yarım ərzində müəyyən çəkilişlər apardıq və qayıdandan sonra mövcud laboratoriyamızda həmin şəkilləri çap etdik. O şəkillərin bir hissəsi Müdafiə Nazirliyinə verildi, qalan şəkilləri özümüzdə saxladıq və bu şəkillər o vaxtdan bəri heç bir yerdə göstərilməyib”.
Alim bildirib ki, bu fotoşəkillərin çəkilməsinin əsas məqsədi ermənilərin Xocalıda törətdikləri vəhşilikləri, eləcə də dağıntıları aşkar etmək və gələcəkdə sübut kimi göstərmək idi.
O zaman keçirdiyi hissləri sözlə ifadə etməyin çətin olduğunu söyləyən həmsöhbətimiz deyib ki, çəkilişlər zamanı Xocalıda ermənilər tərəfindən böyük dağıntıların şahidi olublar. “Mənfur düşmən bir tərəfdən bizim vətəndaşlarımızı soyqırımına məruz qoymuşdu, digər tərəfdən isə binaları, evləri, məktəbləri dağıtmışdı. Bütün bunlar eyni vaxtda qəddarlıqla, amansızlıqla aparılmışdı. Bəzi yerlərdə artıq binalar tamamilə dağıdılmışdı. Dağıntıların miqyası olduqca böyük idi. Açığını deyim ki, hər dəfə o günlərə qaydanda əzab çəkirdim. Lakin 2020-ci ilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Qələbəsindən sonra toxtaqlıq tapmışam. Tarixi Qələbəmizdən sonra bu fotoşəkillərin yayılmasını düşünürdüm. Bu düşüncə məni AZƏRTAC-a gətirib çıxartdı”, – deyə o vurğulayıb.
Fuad Hacızadənin sözlərinə görə, azərbaycanlıların Xocalıda çəkiliş aparacağı erməni hərbi birləşmələri üçün də gözlənilməz olub. Yoxsa buna imkan verməzdilər: “Biz əraziyə qəfil daxil oduq, şəkilləri çəkib tez də geri qayıtdıq. Xocalıdan geriyə qalan 10 şəkil şəhərin planlı şəkildə yer üzündən silinməsinə bu gün şahidlik edir”.

DAHA ÇOX OXU

Dünya

Gəminin yanması faciəyə səbəb oldu

30/03/2023 09:36
Dünya

Şimali Kipr Prezidentinə hücum cəhdi olub – VİDEO

30/03/2023 05:11
export

Küçənin ortasında gənc qadını bu hala saldı – ANBAAN VİDEO

29/03/2023 22:39
export

Fransız polisinin nümayişçiləri dəyənəklə döyməsi gündəm oldu – YENİ GÖRÜNTÜLƏR

29/03/2023 22:33
export

Zəlzələdə böyük zərər görən məscidin minarəsi belə söküldü – VİDEO

29/03/2023 22:27
export

Avtomobilinə mindirdiyi qızların gizlincə görüntüsünü çəkib şantaj edir – SKANDAL

29/03/2023 22:23
SON XƏBƏR

Azərbaycanda ŞOK hadisə: Əri evinə gizli kamera quraşdırdı,kişilər evə gələndə hücum çəkib… VİDEO

“Qəbrinin üstündə bitəcək otu belə ona halal etmirəm”

Məşhur nağaraçı evində YANARAQ ÖLDÜ - FOTO

Xəbər lenti

Bu ölkələrlə quru sərhədlərimiz açılır – Tarix bilindi

30/03/2023 09:53

Ərdoğandan ŞOK sözlər

30/03/2023 09:46

Gəminin yanması faciəyə səbəb oldu

30/03/2023 09:36

Mərhum reperin müğənni sevgilisi həbs olundu

30/03/2023 09:14

Ən güvənilən 5 bürc – Bütün sirlərinizi aça bilərsiniz

30/03/2023 08:53

Avtobus qəzası — Ölən və yaralananlar var

30/03/2023 08:48

Gözlənilən BAŞ TUTDU: “Dərviş band” və Niyaməddin Musayevlə birgə duet oxudu – VİDEO

30/03/2023 08:43

Neymar kazinoda iki saata bir milyon avrodan çox pul uduzdu

30/03/2023 07:02

Ebru Şallı boşanır

30/03/2023 06:46

Moskvada məktəbli qız oğlanlarla əlbir olub anasını öldürtdü

30/03/2023 06:16

Türkiyədə elektrik enerijisi 15 faiz, təbii qaz qiymətləri isə 20 faiz ucuzlaşdırıldı

30/03/2023 06:00

Şimali Kipr Prezidentinə hücum cəhdi olub – VİDEO

30/03/2023 05:11

Küçənin ortasında gənc qadını bu hala saldı – ANBAAN VİDEO

29/03/2023 22:39

Fransız polisinin nümayişçiləri dəyənəklə döyməsi gündəm oldu – YENİ GÖRÜNTÜLƏR

29/03/2023 22:33

Zəlzələdə böyük zərər görən məscidin minarəsi belə söküldü – VİDEO

29/03/2023 22:27

Avtomobilinə mindirdiyi qızların gizlincə görüntüsünü çəkib şantaj edir – SKANDAL

29/03/2023 22:23

7 yaşlı qızı döydü, daha sonra ayağı ilə … – ŞOK GÖRÜNTÜLƏR

29/03/2023 22:17

İranlı ayətullah: “Qadınlar hicaba riayət etməyə bilərlər” – VİDEO

29/03/2023 21:18

Əməkdar artistin “Range Rover”i soyuldu: Xanımının çantası, 920 manat pul…

29/03/2023 18:41

Fuad Nəsirov müdir TƏYİN OLUNDU

29/03/2023 18:05

Gənc yaşda xərçəng hallarının artmasının ƏSAS SƏBƏBİ – Bir dilimi belə zərərli olan QİDALAR!

29/03/2023 17:33

Kamal Dəniz: “Gələcək nəsil bunu bizə bağışlamayacaq”-VİDEO

29/03/2023 17:29

Azərbaycanda direktora şiddətli töhmət verildi, müavin işdən çıxarıldı

29/03/2023 17:27

Nəfəs məsuliyyətə cəlb olunacaq?

29/03/2023 17:25

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.