Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Qarabağ” 50 manata görə işçisi ilə yolları ayırdı

TURAN
26/02/2023 00:51
144
BAXIŞ
FacebookTwitterTelegram

“Qarabağ” klubu bir neçə gün əvvəl 4 ildir əməkdaşlıq etdiyi fotoqrafı Elmir Kərimovla yollarını ayırıb.

Sportlife.az xəbər verir ki, peşəkar fotoqraf açıqlamasında klubdan ayrılmasının səbəbindən danışıb.

Klubun media və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Yusif Cəfərov E.Kərimovun avrokubok çəkilişləri üçün məvacibinin 100 manatdan 50 manata azaldıldığını söyləyib. Fotoqraf bu qərarla razılaşmadıqda isə ona getməkdə sərbəst olduğunu deyilib:

“Klubla əməkdaşlıq edirdim. Rəsmi işçisi sayılmırdım, amma mənim kimi əməkdaşlıq etdikləri çox insan var. Dörd il klubla əməkdaşlıq etdim. İlk iki mövsümdə çəkdiyim fotoların ödənişi edilmirdi. Ötən ilin sonlarında bu problem nəhayət, aradan qalxdı və mənə ilk iki mövsümün borcu hissə-hissə ödənildi. Həmişə komandamızın çəkilişlərinə həvəslə getmişəm. Çünki mən ağdamlıyam, qarabağlıyam. Qaçqınlığın nə olduğunu bilirəm və bu komandaya bizi bağlayan mənəvi dəyərlər çoxdur. Komandamızın oyunlarına gələndə özümü cənnətdə hiss edirdim, çox xoşbəxt olurdum. Çəkdiyim şəkilləri futbolçular və məşqçilər çox bəyənirdi. Mən bu işdə çox xoşbəxt idim. Qurban Qurbanovun bütün tədbirlərini mən çəkmişəm və bütün saytlar çəkdiyim fotolardan yararlanırdı.

Mənə qarşı haqsızlıq odur ki, mənimlə pul söhbəti edildi. Öncə mənə dedilər ki, avrokuboklarda bundan sonra 50 manat çəkərsən ölkə çempionatında olduğu kimi. Mən də razı olmadım dedim, 4 ildir mən UEFA oyunlarını 100 manata çəkirəm. Bu pula işləmək istəmirəm. Ancaq mənə bu cavabımdan sonra Media və PR departamentinin rəhbəri Yusif Cəfərov reaksiya vermədi. Bu qiymətə razılaşmayanda dedi ki, hə, problem deyil, gedə bilərsən. Açığı, bu cavabı gözləmirdim. Özümü çox piss hiss etdim, gözlərim doldu. Özümü təmiz itirdim. Çünki sevidiyim işdə, sevdiyim komandada heç vaxt arzulamayacağım vəziyyətlə üzləşdim. Əvvəl 4 ildir avrokuboklarda 100 manat çəkirdim ölkə çempionatında isə 50 manat”.

E.Kərimov problemin səbəbinin nə olduğunu, UEFA və transferlərdən milyonlar qazanan klubun bu addımını anlamadığını bildirib:

“Mənə bildirdi ki, avrokuboku da 50 manata çəkməliyəm, Premyer Liqada olduğu kimi. “Gent” ilə oyundan bir gün öncə baş verdi bu söhbət. Otaqdan çıxanda klubun digər işçisi Vüsal Həsənov məni saxladı, soruşdu ki, nə olub niyə çıxırsan, hara gedirsən. O, gedib Yusif bəyi çağırdı, oturduq 1-2 dəqiqə yenə söhbət elədik dedi ki, “Futbol futboldur. Nə fərqi var Premyer Liqa və ya avrokubok, ikisi də eynidir, bunun fərqini izah et mənə. Biz sənə 50 manat verə bilərik”. Mən dedim ki, “əvvəlcə belə danışmışıq, belə razılaşmışam. Klub UEFA-dan, transferlərdən bu qədər milyonlar qazanır. 50 manat nədir ki, mənim pulumu kəsir, gəlib məndən 50 manat söhbət edirsiz”.

Mən orada pul söhbəti etmədim etirazım mənə dəyər verilməməsidir. Sonra Yusif fikirləşdi, dedi, gəl “Gent”lə oyunu 100 manata çəkərsən. Mən də özüm üçün qərar verdim ki, “Gent” ilə oyun final oyunum olsun. Çünki mənim çəkdiyim şəkillərdən UEFA da istifadə edir. Çəkdiyim fotolar UEFA-nın bütün səhifələrində paylaşılır. Oyun günü isə gördüm ki, Yusif bəy videoqraf və əlavə fotoqraf gətirib. Özümü burda artıq hiss elədim, işləyə bilməyəcəmi gördüm və özümün final matçımı çəkdim.

Bu məsələ niyə ortaya atıldı, heç özüm də bilmirəm. Onsuz da aylıq qazancım “Qarabağ”da 200-300 manat arası olur. Bəzən isə daha da az. Bu pulla özümə sağlamlığımla bağlı lazım olan dərman və əşyaları alırdım. Özüm 3-cü qrup əliləm və bunu qabartmaq istəmirdim. 4 ildə sabiq mətbuat katibi Nurlan İbrahimov və indiki mətbuat katibi Gündüz Abbaszadə ilə heç bir problem olmayıb. Problem sadəcə Yusif Cəfərovun rəhbər təyin edilməsindən sonra yarandı. Bu problemi də mən yaratmamışam”.

DAHA ÇOX OXU

İdman

Neymar kazinoda iki saata bir milyon avrodan çox pul uduzdu

30/03/2023 07:02
Dünya

Şimali Kipr Prezidentinə hücum cəhdi olub – VİDEO

30/03/2023 05:11
export

Küçənin ortasında gənc qadını bu hala saldı – ANBAAN VİDEO

29/03/2023 22:39
export

Fransız polisinin nümayişçiləri dəyənəklə döyməsi gündəm oldu – YENİ GÖRÜNTÜLƏR

29/03/2023 22:33
export

Zəlzələdə böyük zərər görən məscidin minarəsi belə söküldü – VİDEO

29/03/2023 22:27
export

Avtomobilinə mindirdiyi qızların gizlincə görüntüsünü çəkib şantaj edir – SKANDAL

29/03/2023 22:23
SON XƏBƏR

SEPAH komandanı: “Biz Tramp və Pompeonu öldürmək niyyətindəyik” - VİDEO

Tokioda bakılı kəşfiyyatçı haqqında serialın nümayişi böyük marağa səbəb oldu

Tanınmış prodüser və telejurnalistin anası vəfat etdi - Daha bir həkim səhlənkarlığı - FOTO

Xəbər lenti

Ən güvənilən 5 bürc – Bütün sirlərinizi aça bilərsiniz

30/03/2023 08:53

Avtobus qəzası — Ölən və yaralananlar var

30/03/2023 08:48

Gözlənilən BAŞ TUTDU: “Dərviş band” və Niyaməddin Musayevlə birgə duet oxudu – VİDEO

30/03/2023 08:43

Neymar kazinoda iki saata bir milyon avrodan çox pul uduzdu

30/03/2023 07:02

Ebru Şallı boşanır

30/03/2023 06:46

Moskvada məktəbli qız oğlanlarla əlbir olub anasını öldürtdü

30/03/2023 06:16

Türkiyədə elektrik enerijisi 15 faiz, təbii qaz qiymətləri isə 20 faiz ucuzlaşdırıldı

30/03/2023 06:00

Şimali Kipr Prezidentinə hücum cəhdi olub – VİDEO

30/03/2023 05:11

Küçənin ortasında gənc qadını bu hala saldı – ANBAAN VİDEO

29/03/2023 22:39

Fransız polisinin nümayişçiləri dəyənəklə döyməsi gündəm oldu – YENİ GÖRÜNTÜLƏR

29/03/2023 22:33

Zəlzələdə böyük zərər görən məscidin minarəsi belə söküldü – VİDEO

29/03/2023 22:27

Avtomobilinə mindirdiyi qızların gizlincə görüntüsünü çəkib şantaj edir – SKANDAL

29/03/2023 22:23

7 yaşlı qızı döydü, daha sonra ayağı ilə … – ŞOK GÖRÜNTÜLƏR

29/03/2023 22:17

İranlı ayətullah: “Qadınlar hicaba riayət etməyə bilərlər” – VİDEO

29/03/2023 21:18

Əməkdar artistin “Range Rover”i soyuldu: Xanımının çantası, 920 manat pul…

29/03/2023 18:41

Fuad Nəsirov müdir TƏYİN OLUNDU

29/03/2023 18:05

Gənc yaşda xərçəng hallarının artmasının ƏSAS SƏBƏBİ – Bir dilimi belə zərərli olan QİDALAR!

29/03/2023 17:33

Kamal Dəniz: “Gələcək nəsil bunu bizə bağışlamayacaq”-VİDEO

29/03/2023 17:29

Azərbaycanda direktora şiddətli töhmət verildi, müavin işdən çıxarıldı

29/03/2023 17:27

Nəfəs məsuliyyətə cəlb olunacaq?

29/03/2023 17:25

İlham Əliyev Fazil Mustafa ilə bağlı GÖSTƏRİŞ verdi – SON DƏQİQƏ

29/03/2023 17:05

Silsilə cinayətlər törədən iş adamı həbs edildi

29/03/2023 17:01

11 mərtəbəli bina BOŞALDILDI – HƏYƏCANLI ANLAR(FOTO)

29/03/2023 16:48

Nazilə Nigarın müdafiəsinə qalxdı, Rövşanəni “yıxıb sürüdü” – Qalmaqal – VİDEO

29/03/2023 16:37

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.