Türkiyənin Niğde ərazisinin Bor rayonunda 5,3 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” AFAD-a istinadən xəbər verir ki, zəlzələ Ankara, Konya və Mersində də hiss olunub.
Zəlzələ Bakı vaxtı ilə saat 14:27-də qeydə alınıb.
Niğde ərazisinin Bor rayonunda baş vermiş zəlzələdən sonra heç bir dağıntı qeydə alınmayıb.
Bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer deyib.